3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Bizi belə məhv etməsinlər"

“Ağır oyun oldu. Kubok matçları həmişə çətin keçir. Bu tsikldə oynamaq futbolçular üçün ağırdır. Amma oyunun dinamikası xoşuma gəldi. Komanda meydanda yaxşı hücumlar qura bildi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 final mərhələsində “Araz-Naxçıvan”a qarşı keçirilən ilk oyundan (1:1) sonra deyib.

O hakimlərin idarəçiliyindən narazılıq edib: “Bugünkü oyundan razıyam. Biz də bilirik ki, sıxıntımız var. Əfsuslar olsun ki, son oyunlar tendensiya yaranıb ki, hər şey "Qəbələ"yə qarşı olur. Son matçlardakı qırmızı vərəqələr, qapımıza verilən penaltilər... Bizdən başqa hamı danışır. Amma hələ ki, susmuşuq, artıq mən də danışmalıyam. Görürük ki, meydanda bizə fərqli baxırlar. Rəqibə qarşı yüngül, bizə qarşı sərtdilər. Epizodlar göstərə bilərik ki, hakim fərqli qərarlar verib. İstədiyimiz odur ki, bizə qarşı da ədalətli qərarlar versinlər. Klub səviyyəsində etiraz etməmişik. Amma bu gün o etirazı edirəm. Bizi belə məhv etməsinlər. Biz də 11 nəfərlə oynamaq istəyirik. Hakim qərarlarının bizə qarşı düzəlməsini istəyirik”.

Baxşıyev bildirib ki, hakimlər rəqiblərə qarşı fərqli qərarlar qəbul edirlər: “Verilən qərarlara etiraz etmirik. Doğru qərarlardır. Üçü də qırmızıdır. Amma epizodlar göstərərəm ki, rəqib də cəzalana bilər. Amma rəqiblərə qarşı yüngüldürlər”.

“Sizcə, sizə qarşı hakimlərin bu cür qəararlarının arxasında nə dayanır?” sualını “Qəbələ”nin çalışdırıcısı belə cavablandırıb: “Bura gələndən qarşımda yüksək büdcə olmayıb. Az büdcə ilə burada çalışmışam. Davam edirəm. Qarşıdakı oyunumuz "Zirə"yə qarşıdır. "Neftçi" ilə matçda 4 futbolçumuzu sarı vərəqə ilə cəzalandırdılar. Mən nə düşünməliyəm? Ümid edirəm ki, hakimlər sarı vərəqələrdə başqa prizmadan yanaşmayıblar. Bizim oyunçuları rahat şəkildə cəzalandırırlar. Ağlıma pis fikirlərin gəlməsini istəmirəm. Amma hakimlərin qərarlarına etiraz edirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31