3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Azər Bağırov: "Yaxşı qurtardıq" düşüncəsi bizlik deyil"

“Çətin oyun oldu. Son üç gündə demək olar ki, məşqçi heyəti olaraq stresdəydik. Qrip virusuna yoluxmuşduq. Çətinliklərimiz oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə qarşı keçirilən ilk oyundan (1:1) sonra deyib.

O, say üstünlüyünə malik olsalar da, qalib gələ bilməmələrinə belə münasibət bildirib: “İstəyərdik ki, qalib gələk. Amma alınmayanda, alınmır. Hücumda olan gedişlar alınmadı. Üzülməyə dəyməz. Hər şey irəlidədir, heç nə bitməyib. İkinci hissə Qəbələdə olacaq”.

O, komandasının üzvü Aksel Nqando şans qazanmamasının səbəbini belə izah edib: “Rəqabət məsələsi deyil. Akselin meydanı yaxşı görmək qabiliyyəti var. Monoton oyunçudur, amma çox ağıllı görür. Ona güvənirəm”.

"Qarabağ" "Sabah"ı 7:1 hesabı ilə məğlub etdi, siz "Qarabağ"a 1:3 uduzmuşduz. Dünənki matçdan sonra düşündünüz ki, yaxşı qutarmısız?” sualını Bağırov belə cavablandırıb: “Yox, belə düşünmürəm. Əlbəttə ki, futbolda 6:1, 7:1 nəticələri də ola bilər. "Qarabağ"a qarşı üç oyun keçirmişik və futbolçular hamısında vuruşublar. Son matçda da Orxan epizodu vursaydı, başqa cür ola bilərdi. Futboldur da, şanssızlıq da yaşayırsan. Şanslı vaxtlarımız qarşıdadır. Bu gün də penaltini vursaydıq, oyun fərqli məcrada keçərdi. Yaxşı qurtardıq düşüncəsi bizlik deyil”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31