3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Pedro Nuno: “Sübut etmişik ki, “Qarabağ”a qalib gələ bilərik”

“Zirə”yə qarşı yaxşı mübarizə apardıq. İkinci hissədə kiçik səhvlərdən sonra qapımızda qollar gördük. Bu səhvləri təkrarlamamalıyıq. Cavab matçında səhvlərimizdən nəticə çıxarıb qələbə qazanmalıyıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Səbail”in yarımmüdafiəçisi Pedro Nuno Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Səbail”ə 1:2 hesabı ilə uduzduqları matç barədə danışarkən deyib.

Cari mövsüm “Zirə”yə qarşı keçirdikləri 4 oyunun heç birində qələbə qazana bilməmələrinə baxmayaraq, portuqaliyalı futbolçu bildirib ki, rəqib heç də məğlubedilməz deyil: “Zirə” güclü rəqibdir. Bəzi hallarda konsentrasiyamız çatışmadı. Elə epizodlar oldu ki, diqqətsizliyə yol verdik, texniki səhvlər buraxdıq. Cari mövsüm 4 oyunun heç birində qələbə qazana bilməsək də, düşünmürəm ki, “Zirə”ni məğlub etmək olmaz. Qarşıdakı görüşdə bu uğursuz seriyaya son qoymağa çalışacağıq”.

25 yaşlı futbolçu “Səbail” üçün çempionat və kubok oyunları arasında fərq olmadığını qeyd edib: “Biz hər iki turnirə ciddi yanaşırıq. Çempionatı yaxşı yerdə tamamlamaq istəyirik. Eləcə də kubokda mərhələ adlamaq arzusundayıq. Təəssüf ki, bəzən istədiyimiz kimi alınmır”.

P.Nuno həftə sonu Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan da söz açıb: “Təbii ki, bizim üçün çox çətin qarşılaşma olacaq. “Qarabağ” təkcə Azərbaycanda deyil, Avropada da çox güclü təsir bağışlayır. Amma rəqibdən çəkinmirik. Daha əvvəl də sübut etmişik ki, “Qarabağ” qalib gələ bilərik. İnanıram ki, ilk dövrədə olduğu kimi, bu dəfə də onları üstələyəcəyik”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31