3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Eldar Quliyev: “Orxan Məmmədovun dəstəyi motivasiyamızı daha da artırdı”

“Zirə”nin yarımmüdafiəçisi Eldar Quliyevin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Səbail” üzərində 2:1 hesablı qələbə qazandınız. Bu qələbəni necə şərh edərdiniz?

- Süni meydançada oynayırdıq. Ona görə də oyun bir qədər çətin keçdi. Lakin əsas odur ki, qələbə qazandıq və bu, bizi sevindirir. Son matçlarda qalib gələ bilmirdik. Ona görə də bu gün uğursuz seriyaya son qoymağı çox istəyirdik.

- Qol epizodları baxımından ilk hissə sönük keçsə də, fasilədən sonra daha baxımlı oyun izlədik. Bunu nə ilə əlaqələndirmək olar?

- İlk hissədə pressinq tətbiq edirdik. Ümumi götürdükdə, pis oynamırdıq. 1-2 şansımız da var idi. Amma yalnız fasilədən sonra yaxaladığımız epizodları dəyərləndirdik.

- Bugünkü nəticədən sonra cavab görüşü öncəsi şansları necə dəyərləndirirsiz?

- Bugün qalib gəlsək də, hələ cütün taleyi həll olunmayıb. Qarşıda bizi cavab matçı gözləyir. Əlimizdən gələni edəcəyik ki, ikinci görüşdə də qalib gələk və mərhələ adlayaq. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq.

- İkinci qoldan qabaq zədələndiniz. Hazırda özünüzü necə hiss edirsiniz?

- Hər şey qaydasındadır. Özümü normal hiss edirəm.

- Dünən “Zirə”nin oyunöncəsi son məşqini klubun idarə heyətinin sədri Orxan Məmmədov da izlədi. Onun komandaya dəstəyi bugünkü qələbəyə nə dərəcədə rol oynadı?

- Əlbəttə, Orxan Məmmədovun dəstəyi motivasiyamızı daha da artırdı. Daha əvvəl də dediyim kimi, son oyunlarda qalib gələ bilmirdik. Ona görə hamı bu uğursuz seriyaya son qoymağın arzusunda idi. Sevinirik ki, bu gün istəyimizə çatdıq. Lakin arxayınlaşmaq olmaz. Bu qələbənin ardını gətirmək lazımdır. Kubokda finala kimi getməyi çox istəyirik.

- Son turlar “Zirə”nin oyunlarında baş verən hakim səhvləri sizə psixoloji cəhətdən mənfi təsir edir?

- “Sabah”la son oyunda təmiz qolumuzu saymadılar. Bundan əlavə, hakim künc zərbəsini vermədi, əvəzində isə rəqib penaltidən fərqlənməklə qalib gəldi. Üç xal itirdik. Daha əvvəl də bu cür hallar yaşanıb. Ötən mövsüm də hakim səhvlərinin əziyyətini çəkirdik. Yenə də eyni şeylər təkrarlanır. Niyə belə olduğunu anlamıram.

- Həftəsonu Qəbələyə səfər edəcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?

- Çətin oyun olacaq. Lakin biz səfərə yalnız və yalnız qələbə üçün yollanacağıq. İnanıram ki, 3 xal qazanan tərəf biz olacağıq.  

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31