3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Nail Kərimov: “Bu addımı “Qəbələ”nin Premyer Liqada yerini qoruması üçün atdım”

“Komanda yaxşı vəziyyətdə deyil. Mən də belə qərara gəldim ki, nələrsə dəyişməlidir. Radikal dəyişiklik, fərqli yanaşma olmalıdır. Odur ki, öz təşəbbüsümlə vəzifəmdən ayrılmaq qərarına gəldim”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri bu gün “Qəbələ”nin baş meneceri vəzifəsindən ayrılan Nail Kərimov deyib.

O, bu addımı “Qəbələ”nin Premyer Liqada qalması üçün atdığını bildirib: “İstədim ki, yerimə başqa kimsə cəlb olunsun. Öz istəyimlə vəzifəmdən ayrıldım. Kluba da təşəkkürümü bildirirəm. Sona qədər israr olundu ki, qalım, baş menecer vəzifəsində işimi davam etdirim. Amma qalsaydım, təsir qüvvəsi yenə yerində olacaqdı. Mən bu addımı ona görə atmışam ki, “Qəbələ”də nəsə dəyişsin. Komanda Premyer Liqada yerini qorusun. Çünki “Qəbələ” mənim üçün sadəcə iş yeri deyil, daha artıqdır. Aşağı liqaya düşməyimizi təsəvvür edə bilmirəm. Ümid edirəm, çox inanıram ki, bu dəyişiklik öz effektini verəcək”.

Nail Kərimov bu günlərdə “Qəbələ”nin idman direktoru vəzifəsinə təyin olunan Səbuhi Səfiyarlının gəlişinin faydalı olacağına inanır: “Səbuhi Səfiyarlı bu işi bilən, bacaran adamdır. O, vəziyyəti müsbətə doğru dəyişəcək. Buna inamım olmasaydı, bu addımı atmazdım. Əsas odur ki, “Qəbələ” Premyer Liqada öz yerini qorusun”.

Gələcəklə bağlı sualı N.Kərimov belə cavablandırıb: “Hər hansı plan qurmamşam”.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31