3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Şahin Diniyev: “Birinci hissəni uduzmuşuq, ikinci hissə Zirədə olacaq”

“Dramatik oyun alındı. Əsl kubok matçına layiqli futbol izlədik. Hər iki komanda qələbə qazana bilərdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Zirə”yə 1:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Yenilgiyə baxmayaraq, mütəxəssis yarımfinala yüksəlmək şanslarının bitmədiyini bildirib: “Artıq neçə oyundur optimal heyəti tapmağa çalışıram. Düşünürəm ki, bu matçdan sonra optimal heyəti özlüyümdə müəyyənləşdirdim. Bu baxımdan “Zirə” ilə matç mənim üçün çox vacib idi. Ümid edirəm ki, yarımfinal mübarizəsi hələ bitməyib. Biz birinci hissəni uduzmuşuq, ikinci hissə Zirədə olacaq. Bu gün fasilədən sonra çox yaxşı oynadıq. Hücumda bu qədər fəal olmamışdıq. Stabil heyətin olmaması oyunumuza təsir göstərirdi. Təəssüf ki, yenə sadə qollar buraxdıq. Lakin bugünkü ikinci hissə mənə gələcəyə nikbin baxmaq üçün çox şey verdi. Cavab oyununda bu yenilginin əvəzini çıxmağa çalışacağıq. “Zirə”yə də çempionatda uğurlar arzu edirəm”.

O qeyd edib ki, kubok matçlarında səfər qolu ilə bağlı qaydanın ləğvi “Səbail” üçün üstünlükdür: “Səfər qolunun ləğvi çox şeyi dəyişir. Əvvəlki vaxt olsaydı, cavab görüşündə minimum 2 qol vurmalıydıq. Lakin indiki halda ən azı 1 qol vurub qapımızı toxunulmaz saxlasaq, mübarizə əlavə vaxta, penaltilər seriyasına qədər gedə bilər. Mərhələ adlamaq şansımız heç də aşağı deyil. Bu gün ikinci hissədə sərgilədiyimiz oyun cavab qarşılaşması öncəsi belə düşünməyə imkan verir”.

Diniyev qeyd edib ki, komandası səfərdə daha rahat çıxış edəcək: “Azərbaycanda ev-səfər oyunu arasında ciddi fərq demək olar ki, yoxdur. Əksinə, səfərdə oynamaq daha rahatdır. Çünki üzərində basqı olmur. İkinci görüşdə “Zirə” müdafiədə etibarlı oynamağa çalışacaq. Biz isə irəli atılmalı olacağıq. Arxada boşluqlar buraxmamalıyıq. Süni, yaxud təbii ot örtüyündə oynamaq elə də ciddi fərq deyil”.

“Səbail”in çalışdırıcısı bugünkü matçda bəzi səhvlər etdiyini söyləyib: “Gələcək oyunlar üçün bu, mütləq lazım idi. Amma harda səhv etdiyimi deməyəcəm. Stabil heyəti özülüyümdə müəyyənləşdirmək üçün bu gün riskə gedib səhv etməliydim. Bu oyun nəticə baxımından olmasa da, gələcək baxımından çox şey verdi. Birinci hissədəki inamsız çıxışımız da məhz məhz bundan qaynaqlanırdı”.

Ş.Diniyev bu gün start heyətində şans verdiyi yeni transferlər Ayub Masika və Madi Quetanın çıxışına da toxunub: “Onları ilk dəqiqələrdən meydanda görməliydim, gördüm də. Artıq nəyə qadir olduqlarını daha yaxşı bilirəm. Bir qədər zaman ehtiyac var. Ən qısa zamanda hər ikisi komandaya daha çox fayda verəcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31