3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Qurban Qurbanov I Liqa komandasının kommunal xərclərini ödəyib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov I Liqa komandası “Zaqatala”nın kommunal xərclərini ödəyib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə “Report”a “Zaqatala”nın prezidenti Şaban Şirdanov açıqlama verib.

O bildirib ki, əslən Zaqataladan olan mütəxəssis komadaya maliyyə köməkliyi göstərir: “Musa Qurbanov klubun İdarə Heyətinin üzvüdür. Ciddi problemlər olanda müraciət edirdik. Komandaya forma alınmasından tutmuş, qidalanmaya qədər bir çox problemlərimiz olur. Eləcə də ev oyunlarını keçirdiyimiz stadionun icarə haqqı da var. Bildiyiniz kimi, Zaqatala İdman Kompleksi Gənclər və İdman Nazirliyinin balansındadır. Kompleks rəhbərliyi də bizə xeyli güzəştə gedib. Arenanın kommunal xərclərini isə Qurban Qurbanovun köməyi sayəsində ödədik. Bu kimi problemlərin həlli baxımından Futbolun İnkişaf Fondu (FİF) da ötən ilin avqustundan bəri çox səmərəli işlər görüb”.

Qeyd edək ki, Qurban Qurbanovun futbolçu kimi ilk peşəkar komandası 1990/1991 mövsümündə Zaqatala “Daşqın”ı olub. Həmin vaxt komandaya Şaban Şirdanov baş məşqçilik edib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31