3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Zirə" "Səbail"i məğlub etdi, "Sabah" darmadağın oldu

Azərbaycan Kubokunda bu gün 1/4 final mərhələsinin oyunlarına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, mərhələnin ilk görüşləri çərçivəsində bu gün 2 görüş baş tutub. 

Əvvəlcə "Səbail" "Zirə"ni öz meydanında qəbul edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində Rəşad Sadıqovun komandası yarımfinal üçün yaxşı şans qazanıb.

Daha sonra isə "Qarabağ" "Sabah"ın qonağı olub. Qurban Qurbanovun komandası rəqibini darmadağın etməklə cavab görüşünü formallığa çevirib.

Qeyd edək ki, 1/4 finalın cavab matçları 8-9  fevral tarixlərində oynanılacaq.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

30 yanvar (çərşənbə axşamı)

"Sabah” - “Qarabağ” - 1:7

Qollar: Hamidu Keyta, 20 (0:1), Olavio Juninyo, 28 (0:2), Nəriman Axundzadə, 45+3 (0:3), Olavio Juninyo, 55 (0:4), Cesse Sekidika, 63 (1:4), Abdullah Zubir, 77 (1:5), Adama Diakabi, 87 (1:6), Abdullah Zubir, 90+3 (1:7)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı

“Bank Respublika Arena”

“Səbail” - “Zirə” - 1:2 

Qollar: Anas Najah, 48-avtoqol (0:1), Ruan Renato, 60 (0:2), Aleksandr Ramalinqom, 70 (1:2)

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev

“ASCO Arena”

31 yanvar (çərşənbə)

16:00. “Araz-Naxçıvan” - “Qəbələ”

19:00. “Sumqayıt” - “Neftçi”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31