3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

AFFA Hakimlər Komitəsi yeni namizədlərin hazırlığına başlayıb

AFFA Hakimlər Komitəsi yeni namizədlərin hazırlığına başlayıb

AFFA Hakimlər Komitəsi yeni namizədlərin hazırlığına başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, hakim və köməkçi hakim olmaq istəyən şəxslər üçün bir həftəlik kurs keçirilib.

UEFA-nın başlatdığı “Be a Referee” (“Hakim ol”) kampaniyasından yararlanan şəxslər fərdi müsahibəyə dəvət olunublar. İlkin mərhələni uğurla keçən namizədlər daha sonra nəzəri hazırlıq, meydança çalımaları ilə kursu başa vurublar.

Türkiyəli ekspert Hamza Işın tərəfindən təşkil olunan kursa qadın namizədlərin də marağı yüksək olub. Kursu uğurla tamamlayan şəxslər sabiq FIFA referiləri Ömər Paşayev və Rəhim Həsənovun verdiyi müxtəlif nəzəri təlimlər və fəaliyyətlərlə təhsillərini davam etdirirlər.

Sonrakı mərhələdə oyun qaydaları imtahanını və fiziki testləri uğurla verəcək namizədlər aşağı kateqoriyalı oyunlardan başlayaraq hakimliyə ilk addımlarını atacaqlar.

Hakim olmaq istəyən şəxslər https://www.affa.az/index.php/news/hakim-olmaq-istynlrin-nzrin/64380 vasitəsilə müraciət edə bilərlər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31