3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Kristian Avram: “Bu cür müsabiqələrdən kənarda qalmaq insana mənfi təsir edir”

“Sumqayıt”a qarşı çox yaxşı oynadıq. Xeyli qol epizodları yaratdıq. Lakin təəssüflər olsun ki, bu, qələbə qazanmaq üçün kifayət etmədi. Ümid edirəm ki, bundan nəticə çıxardacağıq, növbəti matçlara daha yaxşı hazırlaşacağıq və əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Premyer Liqanın XX turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu (1:1) şərh edərkən deyib.

Komandasının qol şanslarını qapıçırdığı bildirən moldovalı qolkiper bunun nə ilə bağlı olduğu barədə konkret səbəb göstərə bilməyib: “Adətən bu cür hallarda deyirlər ki, bir qədər bəxtimiz gətirmədi. Ancaq mən komanda yoldaşlarım barədə yalnız xoş sözlər söyləyə bilərəm. Onlar daim hərəkətdə idilər, meydanın hər qarışı uğrunda mübarizə aparırdılar. Dediyim kimi, xeyli sayda qol epizodu da yaratdılar”.

O, hazırda əsas diqqətlərini kuboka yönəltdiklərini bildirib: “İndi növbəti turda “Kəpəz”ə qarşı keçiriləcək oyun barədə düşünmürük. Çünki qarşıda kubok oyunumuz var. İlk növbədə “Qəbələ” ilə matçda uğur qazanmağa çalışacağıq. Yalnız ondan sonra “Kəpəz” barədə fikirləşmək olar”.

30 yaşlı qapıçı ölkə çempionatı ilə kubok arasında fərq qoymadıqlarını vurğulayıb: “Bəli, kubokdan avrokuboklara gedən yol daha qısadır. Amma konkret seçim etmək çətindir. Çünki biz çempionatda da hər oyuna qələbə üçün çıxırıq. Biz oyunları kubok, ya çempionat, eləcə də rəqibləri güclü, yaxud zəif deyə bölmürük. Hər zaman yaxşı oyun sərgiləmək üçün çalışırıq”.

“Sumqayıt”la oyundan öncə Kristian Avramın komanda yoldaşı Turan Manafov “Ayın ən yaxşı qolu”nun müəllifi kimi Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırıldı. Maraqlıdır, “Araz-Naxçıvan”ın qapıçısı bu cür müsabiqənin qapıçılar arasında da keçirilməsini istərdimi? “Əlbəttə, istərdim. Adətən qapıçılar bu cür müsabiqələrdən kənarda qalırlar. Halbuki qapıçılar da oyun ərzində xeyli seyv edirlər, komandalarının qazandıqları uğurda böyük pay sahibi olurlar. Ona görə də qapıçıların bu cür müsabiqələrdən kənarda qalması insana mənfi təsir edir. Amma nə etmək olar. Hər halda təşkilatçılar belə qərar qəbul ediblər”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31