3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

PFL prezidentinin fevralın əvvəllərində Bakıya qayıtması planlaşdırılır

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun fevralın əvvəllərində Bakıya qayıtması planlaşdırılır.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə “Report”a qurumun mətbuat xidmətindən açıqlama verilib.

Bildirilib ki, Türkiyədə bir neçə əməliyyatdan sonra hazırda müalicəsini davam etdirən PFL rəhbəri reabilitasiya prosesinin qalan hissəsini Bakıda keçəcək. Onun Türkiyəyə qayıtmasına ehtiyac olub-olmadığına ondan sonra qərar veriləcək.

Qurumun vitse-prezidenti Aslan Şahgəldiyevin oturaq vəziyyətdə reabilitasiyası davam edir. Bu proses gün ərzində iki dəfə həyata keçirilir. Həkimlər onun yavaş-yavaş ayağa qalxmasına çalışırlar.

Media və marketinq direktoru Sənan Abdullayev, həmçinin texniki-idman direktoru Elgiz Abbasov artıq işə çıxırlar. Həkim hər ikisinə qoltuq ağacı olmadan gəzməyə icazə verib. Ancaq yaxın üç ay ərzində sınıq olan ayağın yüklənməməsi tapşırılıb.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31