9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Kilan Lebon: “Hər zaman dəstəklərini duyuruq”

"Neftçi"nin futbolçusu Kilan Lebon klubun televiziyasına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, bir müddətdir zədədən əziyyət çəkən fransalı yarımmüdafiəçi öz durumundan danışıb və komandasının Antalyadakı təlim-məşq toplanışını dəyərləndirib:

"Hazırlığa individual məşqlərlə davam edirəm. Buna görə ümumi məşqlər haqda nəsə deyə bilmərəm. Sevinirəm ki, komanda ilə birlikdəyəm və məşq edirəm. 2 gündür məşqlərə başlamışam, çempionata tam hazır olduğumu deyə bilmərəm, amma ümid edirəm ki, topanışın sonuna qədər hazır olacam. Azarkeşlərə təşəkkürümü bildirirəm. Hər zaman dəstəklərini duyuruq. Onların nəticələrdən razı olmadığını bilirəm. Ona görə də çalışacağıq ki, çempionatın ikinci hissəsində daha yaxşı çıxış edək".

Qeyd edək ki, "Neftçi" ilk yoxlama oyununda "Erzurumspor"a məğlub olub - 1:3. "Ağ-qaralar" ikinci sınaq matçında Almaniya 3-cü liqa təmsilçisi “Sportverein Valdhof”la qarşılaşacaq. Oyun yanvarın 13-də keçiriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31