9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Mutu: “Qarabağ” şou göstərir”

"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu gsp.ro saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, rumın mütəxəssis "Neftçi"dəki işi barədə və Azərbaycan çempionatının durumu haqda danışıb:

"Sabah"ın yoxlama oyununda "Rapid"i məğlub etməsi (2:1) haqqında oxudum. Həmin komanda Azərbaycanda 8-ci yerdədir. İkinci yerdən bir xal geri qalan "Neftçi" ilə 3-cü yerə yüksəlmişdim. Azərbaycan çempionatı güclüdür, balans var, fərqləri də görmək olur. Üstəlik, çempion olan "Qarabağ" şou göstərir və Avropa Liqasında oynayır".

44 yaşlı məşqçi yeni komandada işləmək barədə yalnız fevral ayından sonra düşünəcəyini bildirib: "Artıq fevral ayından sonra futbol haqqında düşünəcəyəm. Hazırda yox! Mən sadəcə sakitləşmək barədə düşünürəm. İndi qış hazırlığı ilə məşğul olan komandaların öz məşqçiləri var. Görək, nə olacaq".

Qeyd edək ki, Mutu 2023-cü ilin yayından "Neftçi"nin baş məşqçisi idi. O, ötən ilin dekabrında istefaya göndərilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31