1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Qarabağ” ondan qurtuldu

“Qarabağ”ın futbolçusu Qaspar Panadero klubla vidalaşıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 26 yaşlı ispan futbolçu bununla instaqram səhifəsində paylaşım edib.
 
Panadero 2021-ci ilin avqustunda Ağdam klubuna transfer olunsa da, orada möhkəmlənə bilməyib. Əsas komandada cəmi 4 oyun keçirən vinger sonradan əvəzedici heyətə göndərilib, 5 ay isə AEK-də (Kipr) icarədə olub. O, 2023-cü ilin senyabrından klubsuz idi. Panadero paylaşımında kluba, məşqçi heyəti, komanda yoldaşları və azarkeşlərə təşəkkür edib. 
 
“Müxtəlif şəraitləri nəzərə alsaq, bu, mənim çıxışım baxımından ən yaxşı dövr deyildi. Mənim üçün çətin dövr idi”, - deyə Panadero bildirib. 
 
İspan futbolçu qeyd edib ki, onun öhdəliyi və səyləri maksimum olub: “Daha çox oynamaq fürsət əldə etmək üçün hər şeyi etməyə çalışdım, amma bəzən futbol belə işləyir. Mən həqiqətən, öz həqiqi səviyyəmi göstərmək istərdim. Sizə gələcəkdə uğurlar arzulayıram. Hər şey üçün təşəkkür edirəm!”
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31