1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Kəpəz”i Premyer Liqada saxlamaq üçün bütün gücümüzü səfərbər edəcəyik”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis komandasının mövsümün 1-ci yarısındakı çıxışı və hazırkı durumu barədə danışıb: “Ümumi baxanda komandamız yaxşı oyunlar keçirib. Bəzən həmin yaxşı oyunlarda sərfəli nəticə qazana bilməmişik. Komandanın oyunu ümidvericidir. Hədəfimiz heyəti bir qədər də gücləndirərək, turnir cədvəlində daha yüksək yerlərə qalxmaqdır. Bəzən bəxtsizlik, bəzən də oyun üslubundakı çatışmazlıqlar uğursuz nəticələrə gətirib çıxarıb".

"Qısa müddətdə komandanın fiziki durumunu yüksəltməyə və texniki-taktiki baxımdan inkişafına nail olmağa çalışacağıq. Çünki əvvəlki dönəmlərdən fərqli olaraq, budəfəki qış fasiləsi qısadır. Bu qısa müddətdə heyəti formalaşdırmalıyıq. Bu da gərgin iş tələb edir. Çalışacağıq ki, 2 yoxlama oyunu keçirək. Bəzi məqamları futbolçulara daha yaxşı aşılamağa çalışacağıq. Vaxtımız azdır. Bu az vaxtdan maksimum yaxşı istifadə etməliyik”, - deyə A.Şükürov əlavə edib.

O, bir neçə gün əvvəl “Səbail”dən transfer etdikləri hücumçu Amil Yunanova böyük ümidlər bəslədiklərini əlavə edib: “Amil Yunanovu “Zirə”də işlədiyim dönəmdən izləyirdim. Həmişə bəyəndiyim futbolçu olub. “Sumqayıt”ın heyətində Azərbaycan çempionatının bombardiri də olub. Komandamıza kömək edə biləcək futbolçu olduğunu düşünürəm. Bizdə daha çox oyun şansı qazanaraq əvvəlki formasını bərpa edəcəyinə inanıram. Məncə, Amilin komandamıza faydası böyük olacaq”.

Mütəxəssis sonda azarkeşlərə də səslənib: "Azarkeşlərdən istəyim odur ki, daim "Kəpəz"i düşünsünlər, "Kəpəz"in uğur qazanması üçün onların üzərinə düşən nə varsa, əllərindən gəldiyi qədər etsinlər. Azarkeşlərin də dəstəyi ilə “Kəpəz”i Premyer Liqada saxlamaq üçün bütün gücümüzü səfərbər edəcəyik".

Qeyd edək ki, "Kəpəz" Premyer Liqada keçirdiyi 18 turdan sonra 14 xal toplayıb və hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31