1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Lunyov: “İlin əvvəli mənim üçün bərbad idi”

"İlin əvvəli mənim üçün bərbad idi. Bundan pis ola bilməzdi. Amma sonluq yaxşı oldu. Vəziyyətin düzələcəyinə inanırdım. Əlimdən gələni etdim və sevinirəm ki, hər şey yaxşı oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın qapıçısı Andrey Lunyov "Matç TV"yə müsahibəsində deyib.

Rusiyalı qolkiper zədəyə görə 2023-cü il üçün özünə yüksək bal verə bilməyəcəyini bildirib: "Zədədən sonra futbola qayıda bildim və bu mənim üçün ən vacib şeydir. Çoxları bu zədənin pis nəticələri ola biləcəyini söyləyirdi, amma xoşbəxtlikdən hər şey yaxşı bitdi. Ona görə də özümə 4+ reytinqi verəcəyəm".

Lunyov 2024-cü ildən gözləntilərini də bölüşüb: "Mən proqnoz vermirəm. Əvvəllər cəhd etdiyim kimi bütün uğursuzluğu özümdən uzaqlaşdırmaq istərdim. Əsas odur ki, zədə olmasın, sağlamlığım qaydasında olsun. Bundan  sonra hər şeyə cəhd edəcəyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31