1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Səbail”in tarixinə düşən futbolçu “Kəpəz”də - ÖZƏL

Bu gündən məşqlərə başlayan “Kəpəz” yeni futbolçunu sınaqdan keçirir.

Futbolxeber.az saytına müsahibəsində bu barədə Gəncə klubunun baş məşqçisi Adil Şükürov məlumat verib.

O qeyd edib ki, “Səbail”dən heyətə cəlb olunan Amil Yunanovla yanaşı, hazırlıq prosesində Ədilxan  Qarəhmədov də iştirak edir.

Qeyd edək ki, Yunanov kimi Qarəhmədovun da son klubu “Səbail” olub. Yayda paytaxt klubundan ayrılan 22 yaşlı futbolçu “İrəvan”a transfer olunsa da, maliyyə problemləri səbəbindən I Liqa klubunda forma geyməyib.

Əlavə edək ki, U-21 millimizin sabiq üzvü 2020-ci ildə, 17 il, 313 günlüyündə fərqlənməklə “Səbail”in tarixinə Premyer Liqada qol vurmuş ən gənc futbolçu kimi düşüb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31