1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Həyat yoldaşımın İranda stadiona girişinə icazə verilməyəcəkdi, Azərbaycanı seçdim”

"Neftçi”nin sabiq futbolçusu Melvin Platye Azərbaycana necə gəlməsi barədə açıqlama verib.
 
Futbolxeber.az saytının məlumatına görə, 35 yaşlı nidarlandlı futbolçu ölkəsinin “Soccernews” nəşrinə  müsahibəsində bu haqda danışıb. 
 
2013/14 mövsümündə Bakı klubunda çıxış edən Platye deyib: “Mən Polşaya, Bolqarıstana da gedə bilərdim. Yekunda Azərbaycanı seçdim. Orada Çempionlar Liqasının təsnifat mərhələsində də oynadım. Mənə deyirdilər ki, Azərbaycana niyə gedirsən? Orada müharibə var. Cavab verirdim ki, bu, mənə maraqlı deyil, mən orada yaxşı pul qazana bilərəm”.
 
Platye bildirib ki, “Neftçi”yə keçməzdən əvvəl İran klubundan da dəvət alıb: “Orada ilk ilimdə 500 min, növbəti mövsümdə isə 600 min avro qazana bilərdim. Amma bu, baş vermədi. Çünki mənim həyat yoldaşıma stadiona girməyə icazə verilməyəcəkdi. Ona görə də Azərbaycanı seçdim. Bu, ailəm üçün ən yaxşı variant idi”.
 
Qeyd edək ki, mərkəz hücumçusu olan Platye “Neftçi”də ümumilikdə 16 oyun keçirib və cəmi 1 qol vurub. Hazırda o, Nidarlandın 2-ci liqa təmsilçisi “AMF Amsterdam”da çıxış edir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31