1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Yurqorden”in idman direktoru: “Musa 2024-cü ildə komandada qalacaq”

“Yurqorden” klubunun idman direktoru Bosse Andersson Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının klubdakı taleyi ilə bağlı danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, "Fotbolldirekt"ə açıqlamasında 21 yaşlı hücumçunun bu il "Yurqorden"də qalacağını bildirib:

"O, 2024-cü ildə komandada qalacaq.  Musa Qurbanlı ötənmövsümkü çıxışından məyusdur. O, daha çox çalışmaq istədiyini göstərir. Ondan nələrin tələb olunduğunu da anlayır. Cəmi altı aydır ki, Musa Qurbanlı bizimlədir. Onunla uzun müddətli müqavilə imzalamışıq. Kimdənsə belə qısa zamanda çox şey tələb etmək ağlabatan deyil. Bəzən vaxt lazımdır".

Qeyd edək ki, Musa Qurbanlının "Yurqorden" ilə müqaviləsi 2026-cı ilə qədərdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31