1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Bojoviçin təyinatı Azərbaycan üçün böyük uğurdur”

“Bojoviçin “Neftçi”nin baş məşqçisi olması Azərbaycan, xüsusilə bizim üçün böyük uğurdur”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Azər Əliyev monteneqrolu Miodraq Bojoviçin baş məşqçi postuna təyin olunmasına münasibət bildirərkən deyib.

29 yaşlı yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında Bojoviçin uğurlu olacağına inandığını bildirib: “Bojoviç Rusiyada böyük təcrübəyə malikdir. Düzdür, birlikdə çalışmamışıq, amma onun rəhbərlik etdiyi komandalara qarşı oynamışam. Bilirəm ki, yaxşı oyun qurur. Bunu Bojoviçin çalışdırdığı bütün komandalarda görmüşəm. Onunla işləmiş futbolçulardan eşitmişəm ki, kollektivə çox yaxşı təsir göstərir, hər kəslə fərdi olaraq çox yaxşı işləyir və komandada əla əhvali-ruhiyyə yaradır. Buna görə də kollektiv şəkildə görülən işin nəticəsini görmək üçün əlimizdən gələni edəcəyik. Bir araya gəlib işləməyə başlayacağımız günü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Miodraq Bojoviç “Neftçi” ilə il yarımlıq müqavilə bağlayıb. O, bu postda rumıniyalı Adrian Mutunu əvəzləyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31