1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Azərbaycan futbolunda XXI əsrdə 6-cı dəfə

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün qış çempionu “Qarabağ” 18 matçda 45 qol vurub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun komandası orta məhsuldarlığı 2,50-yə bərabərdir.

21-c əsrdə 6-cı dəfə 18 oyundan sonra komandalardan birinin məhsuldarlığı belə yüksək olub. Yalnız “Qarabağ”, “Şəmkir” və “Neftçi” buna nail olub.

“Qarabağ” 2003/04 mövsümündə 51, ötən çempionatda isə 48 dəfə fərqlənib. 2000/01 mövsümünün 18 oyununda 54 qol vuran “Şəmkir” bu göstəricidə əsrin rekordçusudur. Həmin mövsüm “Neftçi” 49, bir il sonra “Şəmkir” 46 qola imza atıb.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk 18 tur üçün mütləq rekord 63 qola bərabərdir. 1998/99 mövsümündə “Kəpəz”in orta göstəricisi 3,50 olub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31