1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşdi

“Qəbələ”nin 2023-2024-cü illər mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. 
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının 18-ci turunun dekabrın 22-də keçirilən “Sabah”la oyunundan (1:0) sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2024-cü il yanvarın 4-də Qəbələdə bir araya gələcək.
 
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışı müddətində iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qəbələ” yanvarın 10-da “Kəpəz”lə üz-üzə gələcək. Komanda 5 gün sonra “Qəbələ-2” ilə qarşılaşacaq.
 
Hər iki oyun Qəbələdə olacaq. Matçların başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
 
Qeyd edək ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək 19-cu turun oyunları ilə start veriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31