1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Ayxan Abbasov: “Hazırda Özbəkistan, Rumıniya, Macarıstan və Serbiya klubları ilə danışıqlar gedir”

“Bəzi mövqelərə oyunçu axtarırıq. İstərdik ki, heyətimizə yerli futbolçu da qataq. Lakin hazırda demək olar ki, əksər yerli oyunçuların müqaviləsi olduğu üçün bu, çətindir. Ümid edirəm ki, çətin də olsa istədiyimiz futbolçuları tapa biləcəyik”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

O, hansısa futbolçunun Tovuz klubundan ayrılmaq ehtimalı barədə sualı belə cavablandırıb: “Ola bilər ki, daha az oyun keçirən futbolçuya təklif gələrsə, bunu dəyərləndirə bilərik. Lakin indiyə qədər bu mövzuda hər hansısa futbolçu ilə söhbət olmayıb”.

A.Abbasov hələlik Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirəkləri yoxlama oyunlarındakı qarşılaşacağı rəqiblərin müəyyənləşmədiyini bildirib: “Antalyada 3 yoldaşlıq oyunu keçirmək üçün müraciət etmişik. Bu istiqamətdə işlər gedir. Özbəkistan, Rumıniya, Macarıstan və Serbiya klubları ilə danışıqlar gedir. Yaxın günlərdə müqavilələr bağlanılacaq və bundan sonra ictimaiyyətə məlumat veriləcək”.

Azad NURİYEV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31