1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Səbail” Xaçmazda

"Səbail” PFK uşaq futbolunun inkişafı, bu istiqamətdə kütləviliyin artırılması məqsədilə təkcə Bakıda deyil, eyni zamanda, respublikamızın müxtəlif regionlarında da klubun bölmələrinin fəaliyyət göstərməsi ilə bağlı müəyyən layihələrin həyata keçirilməsinə start verib.
 
Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, cari mövsümdə layihə çərçivəsində ilk tədbir Xaçmaz rayonunun Ləcət kəndində təşkil olunub. "Səbail"in akademiyasının koordinatoru Mirbağır İsayev və U-19 komandasının məşqçisi Rahid Əmirquliyev Ləcət kəndində “Səbail” PFK-nın xüsusi bölməsində məşq edən uşaqlarla görüşüb, onların məşqini izləyib, məşqçilərlə fikir mübadiləsi aparıblar. Uşaqlara klubun idman geyimləri, toplar və məşq avadanlıqları təqdim olunub. 
 
Qeyd edək ki, mövsüm ərzində “Səbail” PFK-nın digər bölgələrimizdə də bölmələrinin açılması planlaşdırılır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31