1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Tahir Gözəl: “Qismət olsa, yarımfinalda “Qalatasaray”la qarşılaşarıq”

“Qarabağ”ın prezidenti Tahir Gözəlin Futbolxeber.az saytına müsahibəsi

  

- Nazirliyin seçiminə əsasən “Qarabağ” Azərbaycanda ilin komandası, Qurban Qurbanov da ilin məşqçisi seçildi. Buna münasibətiniz?

- Çox sevincliyəm. Qazandığımız uğurlara qiymət verən hər kəsə təşəkkürümü bildirirəm. Futbol çox çətin bir sahədir. Şükürlər olsun ki, bu il də Azərbaycanı Avropada layiqincə təmsil edə bildik. İlk dəfə Avroliqada qrupdan çıxdıq. Ən böyük uğurumuz isə Xankəndidə oynamaq oldu. “Qarabağ” öz evində, ocağında meydana çıxdı. Buna görə xoşbəxtəm. Bu, mənim yox, bütün komandamın qələbəsidir, uğurudur. Azarkeşlərin dəstəyi ilə bu günlərə gəldik. Çox sevincliyəm.

- Avroliqanı qeyd etdiz. “Braqa” ilə pley-off matçlarından gözləntiləriniz nələrdir?

- “Qarabağ”da möhtəşəm xarakter ruhu yaranıb. İnanırıq ki, möhtəşəm mübarizə aparacağıq. “Braqa” əla komandadır. Düzdür, “Milan” deyil. Amma rəqib iqtisadi cəhətdən bizdən 10 qat güclüdür.

- Ümumiyyətlə, “Qarabağ” Avroliqa hara qədər irəliləməyi hədəfləyir?

- Qurban hoca ilə danışmışıq. Bacardığımız qədər mübarizə aparacağıq. Bəlkə qismət olsa, yarımfinalda “Qalatasaray”la oynayarıq.

- Transfer məsələləri ilə bağlı yenilik var?

- Transferlərlə bağlı baş məşqçimizlə hər zaman müzakirə aparırıq. Həmişə Qurban hocaya bildiririk ki, sənin məsləhət gördüyün oyunçu varsa, biz də razıyıq. Hələ ki yeni xəbər yoxdur. Amam dediyim kimi, rəhbərlik olaraq hər zaman baş məşqçimizə dəstək olmağa hazırıq.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31