1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Turan Tovuz”un kapitanı: “Ad gününə önəm verən adam deyiləm”

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin Futbolxeber.az saytına müsahibəsi

 

- Dünən növbəti ad gününüzü qeyd etdiz. İlk növbədə təbrik edirik. 31-ci yaşınızı necə qeyd etdiz?

- Ad günümü ailəmlə birlikdə keçirdim. 31 yaşım oldu. Qeyri-adi bir şey olmadı, buna önəm verən adam deyiləm. Ailəmlə birlikdə vaxt keçirirəm.

- İllər ötdükcə insan ad gününə uşaq vaxtındakı kimi sevinə bilmir. Razısız bu fikirlə?

- Yaş üstə yaş gəlir, qocalırsan. (gülür). Ad günümü təmtəraqlı keçirməyə önəm verməmişəm. Ailəmlə keçirirəm. Düzdür, bəzən sevinirsən, bəzən kədərlənirsən.

- Yeni yaşda Şəhriyar Əliyev özü özünə nələri arzulayır?

- Bu həyatda əsas olaraq sağlamlıqdır. Ən birinci arzu etdiyim budur. Futbol karyeramda uğurlu olmağı arzulayıram.

- Keçək futbola. Mövsümün ilk yarısı başa çatdı. İlk dövrəni “Turan Tovuz” üçün necə dəyərləndirirsiz?

- Həqiqətən, 6 ay tez gəlib keçdi. Yay toplanışanda baxanda düşünməzdim ki, vaxt belə sürətlə keçəcək. Hər oyun daha yaxşı çıxış etməyi qarşımıza məqsəd qoymuşuq. Elə oyunlarımız oldu ki, yaxşı çıxış etdik, amma qələbə qazana bilmədik. Çempionatda 1-2 zəif oyunumuz olub. Çalışacağıq ki, bunları aradan qaldıraq. Qışdan sonra daha yaxşı "Turan Tovuz" görəcəyik.

- Mövsümün ikinci yarısında nələrə ümid edirsiz?

- İkinci dövrəyə yaxşı hazırlaşmaq əsas məqsəddir. Hələ ki istirahət edirik. Səhv etmirəmsə, yanvarın 3-də məşqə başlayacağıq. Çempionat başlayana kimi ideal formaya gəlməyə çalışacağıq. Səhvləri aradan qaldırıb xallarımızın sayını artırmalıyıq.

- Ötən mövsümdən fərqli olaraq bu il kubokla erkən vidalaşdız. Bu məqam “Turan Tovuz”un çempionatdakı çıxışına müsbət təsir edəcək?

- Ötən il kubokda yarımfinalda məğlub olduq. Bu il də şanslarımız çox idi. Mübarizə aparanlar aşağı-yuxarı bizimlə eyni səviyyədə olan komandalar idi. Düşünürəm ki, pis çıxış etmədik. Buraxdığımız qollarda konsentrasiya çox zəif idi. Çalışacağıq ki, çempionata daha yaxşı hazırlaşaq.

- Son turda işıq dirəyinin aşmasına görə bəziləri “Turan Tovuz” rəhbərliyini qınayır. Bu xoşagəlməz hadisə barədə nə deyə bilərsiz?

- Bu, təbii hadisədir. Təbii fəlakət baş verirsə, burada heç kimi qınamaq olmaz. Heç kim heç nədən sığortalanmayıb. Tənqid edənlər düz hərəkət etmir. Rəhbərliyin futbola sevgisi, futbolçulara dəstəyi var. Tovuzda futbolun inkişafı üçün əlindən gələni, hətta artığını edirlər. Düşünürəm ki, burada rəhbərliyi qınamaq doğru addım olmaz. Onlar Azərbaycan futbolu üçün çalışırlar.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31