3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Rəşad Sadıqov: "Tərəfdarıyam ki, çempionatda fasilə olmasın"

"Komandama təşəkkür edirəm. Qarşımızda güclü "Qarabağ" var idi. Futbolçularım yaxşı mübarizə apardılar".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turunda bu gün "Qarabağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
 
O, 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Müdafiədən çıxanda topu itirirdik, "Qarabağ" bu vəziyyəti sevir. Buna görə qol vuraxdıq. İkinci hissənin əvvəlində daha yaxşı oynadıq. Dəyişiklik üçün 60-cı dəqiqəni gözlədik. Təhlükəli hücumlar qururduq. Futbolçularıma qış fasiləsinə qədər göstərdiyi oyuna görə təşəkkür edirəm. Qol komandaya təsir etdi. "Turan Tovoz"la çətin iki oyun keçirdik. 4 gün ərzində çox güc sərf etdik. Sadəcə olaraq yorğunluq və qol buraxımız bizə təsir etdi. Buna baxmayaraq, komanda sona qədər mübarizə apardı".
 
R.Sadıqov qış fasiləsində heyəti gücləndirmək istədiklərini qeyd edib: "Gedənlər barədə hər hansı fikrimiz yoxdur. Amma qarşıdakı günlərdə təhlillər olacaq. Komandaya futbolçular cəlb etmək istəyirik. Bu barədə rəhbərliklə danışıqlarımız olacaq. Hücum xəttini, cinahları gücləndirmək lazımdır. Sıx qrafik var, ona görə heyət gücləndirilməlidir".
 
R.Sadıqov matçın baş hakimi Cavid Cəlilovun idarəçiliyi ilə bağlı da danışıb: "Bu gün "Qarabağ" layiqli qələbə qazandı. Deyəcəyim sözlər "Qarabağ"la əlaqəli deyil. Ümumiyyətlə, Cavid Cəlilovun bizim oyuna təyin edilməsi düzgün deyil. Çünki "Sabah"la oyundan sonra o, cəzalanmışdı. Cəzadan sonra ilk oyun idi ki, yenə də "Zirə"nin matçını idarə edirdi. Onun hakimliyini bəyənirəm, sadəcə  psixoloji cəhətdən bu oyunda iştirakı düzgün deyildi. 75 -ci dəqiqədəki epizod açıq-aydın sarı vərəqə idi və Elvin Cəfərquliyev meydandan ikinci sarıdan sonra qovulmalı idi. Dərindən təhlil etsək, qırmızı vərəqə də verilə bilərdi. VAR hadisəyə müdaxilə etmədi. Həmçinin, Romaonun da İsmayıla qarşı əl hərəkəti var idi ki, onu mənim futbolçu etsəydi, 100 faiz qırmızı vərəqə verəcəkdi. Yenə deyirəm, sadəcə olaraq onu bu oyuna təyin etmək doğru deyil".
 
R.Sadıqov "Sizə elə gəlmirmi ki, hakimləri tənqid edəndən sonra onlar "Zirə"yə qarşı daha çox prinsip aparırlar" sualını da cavablandırıb: "Bu il xatırlamıram ki, hakimi tənqid edək. Epizodlar ola bilər ki, şərh edirəm. Bu məsələni siz açırsınız, mən cavab verirəm. Ona bilər ki, onlar öz aralarında bizi müzakirə edirlər. Sadəcə mətbuata çıxmırlar".
 
"Zirə"nin çalışdırıcısı vaxt azlığına görə qış hazırlığını xarici ölkədə keçirməyəcəklərini bildirib: "Hazırlıq keçməyə vaxt azdır. Tərəfdarıyam ki, çempionatda fasilə olmasın. Böyük çempionatlarda fasilələr çox olmur. "Qarabağ"ın fasiləyə ehtiyacı var. Amma biz 5 ay ərzində 18-19 oyun keçirmişik. Düşünmürəm ki, futbolçular yorulub. Futbolçulara fasilə verməliyik ki, bayramı evlərində qeyd etsinlər. Vaxt azlığına görə burada hazırlıq keçmək daha yaxşıdır".
 
R.Sadıqov sonda Azərbaycan kubokunda reqlamentin düzgnü olmadığını deyib və öz təklifini irəli sürüb: "Hava imkan versə, qış fasilələsinin müddətini azaldıb kubok oyunlarının sayını artırmaq lazımdır. Kuboka 1/4 finaldan başlamışıq. Düşünürəm ki, bu düzgün deyil. 36 oyun keçirən komanda 4-cü yeri tutur Konfrans Liqasına gedə bilmir. PFL bu barədə düşünməli, qruplar təşkil etməlidir. Kuboku qazanmaq daha çətin olmalıdır. Birinci Liqa ilə Premyer Liqa arasında uçurum var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31