3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Qol imkanlarından yararlana bilməməyimiz bizi narahat edir"

"Maraqlı oyun alındı. Üç xal hər iki komanda üçün vacibdir. Futbolçulara yeni ilə pozitiv başlamaq üçün bu oyunun vacibliyini çatdırdıq. Çətin olsa da, qalib gəldik. Yeni ildə bu qələbənin yaxşı təsir edəcəyini düşünürəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin köməkçi məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının  18-ci turunda bu gün "Kəpəz"ə qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında deyib.

O qeyd edib ki, yaxşı oyunçu olsa, qış fasiləsində heyətə cəlb ediləcək: "Komandada hər zaman futbolçulara ehtiyac var. Rəqabət olsa, yaxşıdır. Hücum xəttində dişsizlik var. Qol imkanlarından yararlana bilmirik. Bu, bizi də narahat edir. Qışda "Neftçi"yə layiq oyunçu tapmaq çətindir. Axtarışlar var. Yaxşı oyunçu olarsa, komandaya cəlb edə bilərik".

S.Qurbanov "Texniki zonada futbolçular bu gün daha çox kimə qulaq asdılar?" sualını belə cavablandırıb: "Adrian Mutunun öz korpusu var. Onlarla burada tanış olduq. Alin-Nikola Çita ayaq üstə idi və danışan o idi. Artıq onların uçuş vaxtlarına az qaldığına görə konfransa mən çıxdım. Amma oyundan əvvəl də futbolçularla danışan Çita idi".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31