3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Adil Şükürov: "İstədiklərimizi reallaşdıra bilmədik"

"Azarkeşlərin inamlarını görürük və çalışırıq ki, daha yaxşı oynayaq. Oyun başlayandan qollar buraxırıq. Bunun üzərində işləməliyik. Oyun olaraq rəqibdən geri qalmırıq. Gələcəyə baxacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqanın 18-ci turunda bu gün "Neftçi" ilə keçirilən oyundan (0:2) sonra mətbuat konfransında deyib.

O, futbolçularının epizodları dəyərləndirə bilməməsi haqda danışıb: "Bunun üzərində çox çalışmalıyıq. Futbolçularda ani diqqətsizliklər olur".

Baş məşqçi ilk əvəzetməni matçın 82-ci dəqiqəsində etməsini belə izah edib: "Belə oyunlarda gənc futbolçunu meydana buraxdıq. Əsas məqsədimiz Cavad Kərimov kimi oyunçuları qazanmaqdır. Hücumameyilli oyunçumuz təkcə Cavad idi".

Adil Şükürov komandasının qarşıya qoyduğu məqsədlərdən də danışıb:  "Əsas hədəfimiz Premyer Liqada qalmaqdır. Futbolçularımız bu gün bacardıqlarını edirlər. Futbolçular bu cür oynaya bilirlərsə, məncə, onlar özlərini inkişaf etdirə bilər. 1-2 oyunçu gətirməklə komandanı daha gücləndirməyə çalışacağıq. Bugünkü oyunda maksimumu edə bilmədik. Bu da təbiidir. İstəyirik ki, futbolçularımız ən yaxşısını etsinlər. "Neftçi" ilə matçda tam olaraq istədiklərimizi reallaşdıra bilmədik".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31