3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Bojoviç: “Ümid edirəm ki, azarkeşləri yenidən tribunalara qaytaracağıq”

"Neftçi" yeni baş məşqçisi Miodroq Bojoviçi ictimaiyyətə təqdim edib.

Futbolxeber.az saytının məlumatına görə, monteneqrolu mütəxəssis bildirib ki, komandası nəticə qazanmaq üçün yaxşı futbol sərgiləməlidir: “Mən bilirəm ki, "Neftçi" köklü klubdur. Təbii ki, burada işləmək də asan olmayacaq. Ümumiyyətlə, heç yerdə işləmək asan deyil. Qarşıya qoyulan minimal hədəf çempionatı ikinci pillədə başa vurmaq və kuboku qazanmaqdır”.

O, "Neftçi"də bəzi futbolçuları daha əvvəldən tanıdığını bildirib: “Rusiyada işlədiyim üçün Rezuan Mirzov, Emin Mahmudov, Azər Əliyevi yaxşı tanıyıram. Hər üçü də keyfiyyətli oyunçulardır, nəyə qadir oldulqarını bilirəm. Hər gün özünü sübut etməlisən. Düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyik”.

Bojoviç qışda güclənməli olduqlarını vurğulayıb: “Mən komandaya hələ yeni gəlmişəm. Təbii ki, hər "transfer pəncərəsi"ndə komanda güclənməlidir. Yəqin ki, danışıqlar olacaq. Amma bunu rəhbərliklə və idman direktoru ilə danışacağıq. Bu haqda hələ heç nə deyə bilməyəcəm”.

Sonda Bojoviç “Bir neçə ay əvvəl Rusiya mətbuatına açıqlamanızda belə bir fikir səsləndirmişdiz ki, "Zenit" nə edirsə-etsin xalqın komandası "Spartak"dır. Azərbaycanda da xalq komandası "Neftçi"dir, amma son vaxtlar "Qarabağ"ın uğurları var. "Neftçi" sizin rəhbərliyiniz altında xalqın komandası adını geri qaytara biləcək?” sualını cabablandırıb: “Ümid edirəm ki, azarkeşləri yenidən tribunalara qaytaracağıq. "Neftçi"nin necə tarixi klub olduğunu yaxşı bilirəm, yaxşı dərk edirəm. Düşünürəm ki, yaxşı futbol oynasaq, azarkeşlər tribunanı dolduracaq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31