3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Şahin Diniyev: “Qışdan sonra avrokuboklar üçün oynayacağıq”

"Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib: “Oyun haqda danışmaq asan və çətindir. Şikayətlənməyi sevməyən məşqçiyəm. Amma kiçik komandayıq, birdən-birə altı nəfərin olmaması böyük faciədir. Nə oyunu dəyişmək olur, nə də gücləndirmək. Futbolçulara təşəkkür edirəm. Dominant futbol oynadıq. Sadəcə, bəxtsizliyə görə uduzduq. Elə oyunlar olub ki, layiq olmamışıq, amma qalib gəlmişik. Bu gün isə məğlubiyyətə layiq deyildik. Yaxşı oynadıq. Topa nəzarət bizdə idi, keyfiyyətli oynadıq. 18-ci tur olsa da, komandamızda güc var idi. "Sumqayıt"ı təbrik edirəm. Matç həm onlar, həm də bizim üçün vacib idi. Çox uzaqda deyilik. Yolumuza davam edəcəyik. Toplanışımız olacaq. Mütləq güclənəcəyik. İki-üç oyunçu gələcək. Güclənəcəyik deyəndə ki, həm Ağabala Ramazanov, həm də David Qomis böyük ölçüdə mövsümü başa vurub. Onların yerini doldurmaq üçün belə addım atacağıq. Onlar olsaydı, buna ehtiyac yox idi. "Səbail" düzgün yoldadır, komandanın xarakteri var. "Sumqayıt" elə-belə komanda deyil. Onları bu heyətlə qapılarına otuzdurduq.

- "Səbail"in xal qazanmasına nə mane oldu?

- Qısa cavab verə bilmirəm. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Uduzmamalı idik. Hansı komanda bir qol vursaydı, qalib gələcəkdi. "Sumqayıt"ın qələbəsini kiçiltmirəm, vuruşdular. Premyer Liqa səviyyəsində yaxşı oyun oldu. Bilirdim ki, "Sumqayıt"da 60-cı dəqiqədən sonra fiziki sarıdan eniş olur. Amma oyunumuzu sürətləndirmək üçün əlimdə material olmadı. Futbolçularımı kiçiltmirəm. Sadəcə, kreativ oyunçularımızın az olması, oyunun tempini qaldıra bilməməyimizə də səbəb oldu. Qələbəni qəbul ediriksə, məğlubiyyəti də etməliyik. Üzülmürük. Çünki düzgün yoldayıq.

- Şahin Diniyevin hansısa məşqçiyə iki dövrə ərzində hər iki oyunda uduzmağını xatırlamıram. Amma "Sumqayıt"la matçlarda bu, baş verdi. Ümumiləşdirsək, əsas səbəb nədir?

- Samir Abasov özümüzünküdür, eybi yoxdur. Azərbaycanlı məşqçinin bizi udmasında problem yoxdur. Legioner məşqçiyə uduzmadıq. Samir də bizim azərbaycanlımızdır. Yaxşı məşqçidir. Desəm ki, oyunumuz alınmır, xeyr. Elə komanda var ki, onlara qarşı oyun alınmır. Amma "Sumqayıt"la matçlarda üstün oynadıq, sadəcə uduzduq. "Qəbələ" ilə görüşdə onlar üstün oynadı, biz udduq. Bu o demək deyil ki, Şahin Diniyev Elmar Baxşıyevi uddu. Kimdənsə söhbət getmir, ümumi komandadan danışırıq.

- Mövsümün əvvəlində sizlə danışanda demişdiz ki, ilk məqsəd altılığa düşməkdir, sonrasına baxacağıq. Artıq mövsümün ilk yarısı başa çatdı. Çempionatın qalan hissəsində "Səbail"in bundan məqsədi nə olacaq?

- Mən sözün arxasında dayanan şəxsəm. Demişdim ki, çempionatın ilk hissəsində hansı mövqedə olmağımızdan çox şey asılıdır. İndi əminliklə deyə bilərəm ki, qışdan sonra avrokuboklar üçün oynayacağıq. Şans varsa, maksimum istifadə edəcəyik.

- Şahin Diniyev üçün Murad Musayev və ya Adiran Mutuya uduzmaqla, Samir Abasov yaxud da yerli məşqçilərdən digərinə uduzmaq arasında ciddi fərq var? Xarici mütəxəssisin çalışdırdığı komandalara qarşı sizin xüsusi motivasiyanız olur?

- Mənim üçün şəxsi uğurdansa, komandanın uğuru vacibdir. Hansısa məşqçidən zəif ola bilərəm, əsas odur ki, komandam qalib gəlsin. İndiki məşqçilərin əksəriyyəti futbolçu dövründə komandamda oynayıb. Məni sevindirir ki, bu cür insanlar hazırda məşqçi kimi çalışırlar. Onların uğuru məni sevindirir. Amma kiməsə qarşı prinsipim yoxdur.

- Qapınıza vurulan qoldan qabaq, sizcə, qayda pozuntusu var idi?

- Ardıcıl iki epizod var idi. Düşünürəm ki, ikisindən birində qayda pozuntusu vermək olardı. VAR hər tərəfdən baxırsa, belə qərar çıxarıbsa, hörmətlə yanaşmaq lazımdır.

- Sizcə, Azərbaycanın əsas millisinə yerli, yoxsa xarici məşqçi təyin edilməlidir?

- Məşqçinin milliyyəti olmur. Biz həmişə deyirik ki, Azərbaycanın mentalitetinə uyğun gəlsin. Əgər futbolumuzu yüksəldəcəksə, hansısa mentaliteti bilmək lazım deyil. Futbolçuya bir yanaşma var, o da peşəkarcasına. Biz deyirik ki, yox, bizim futbolçu ilə başqa cür danışmaq lazımdır. Bu, düzgün baxış deyil. Yenə təkrarlayacam, yenə yazacaqsınız. Bizdə baş məşqçi problemi deyil. 32 ildir bu səhvi edirik, bu da 33-cü il olacaq. Kimin gəlməsinin fərqi yoxdur. Problemi düz yerdə axtarmırıq. 32 ildir ki, noyabr-dekabr aylarında bu, jurnalistlərin sevimli mövzusudur: göndərək, kimi gətirək? Alınmır. Demək ki, problem orada deyil. Başqa yerdədir.

- AFFA rəhbərliyi istefa verməlidir...

- Misal üçün, yaxşı, yeni AFFA gətirdik... Ümumi sistemimiz yoxdur. Futbolun inkişafı üçün hansı sistemimiz var idi? 10 il oldu da. Nə baş verdi? Ancaq legionerlər gəldi, 40-50 min verdik getdilər, yenə futbolumuz qaldı belə. Utanmaq lazım deyil. Lüksemburq necə inkişafa keçdi? Utanmayaq, onların sistemini götürək. Almaniya kimi qrand finallara düşə bilmədi. Onlar başqa yol tapdılar. Hərənin bir uğur yolu var. Bizim də uğur yolumuz Şimali Makedoniya, Lüksemburq, Qazaxıstana uyğundur. İstənilən məşqçini milliyə gətirsək, deyəcəyik ki, yarıtmadı. Yaxşı olmağını istəyirik, amma olmayacaq. 32 ildir ki, səhv edirik.

- Coşqun Diniyev "Umraniyespor"da çox yaxşı performans göstərir. "Səbail"ə gəlib avrokuboklar uğrunda oynaması, yoxsa Türkiyə klubunda qalıb birinci liqadan düşməməsi üçün oynaması yaxşıdır?

- Azərbaycan futbolu üçün orada qalması yaxşıdır. "Ümraniyespor"da problemlər oldu. Amma həll edildi. Bu arada gördüm ki, Coşqunu neçə komanda istəyir. Türkiyəli meneceri ilə danışırdım. Superliqaya çıxacaq komandalar Coşqun üstündə mübarizə aparırdı. Heyif ki, o, bu yolu çox gec tutdu. Potensialı böyükdür. Qurban Qurbanovun da "Qarabağ"da onun üzərində böyük əziyyətləri olub. Hərdən ona qulaq asmayıb. Coşqun orada xoşbəxtdir. Xoşbəxt adamı gətirib yenidən xoşbəxt etməyə ehtiyac yoxdur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31