3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Tovuzlu azarkeşlər bəyanat yaydı: “Təmiz futbol, ədalətli qərarlar tələb edirik”

“Turan Tovuz” azarkeşləri bəyanat yayıblar.

Futbolxeber.az saytının məlumatına görə, bəyanatda azarkeşlər hakim qərarlarından narazılıqlarını ifadə ediblər:

"110 ildən çox tarixi olan Tovuz futbolu nailiyyətləri və yetişdirdiyi futbolçularla yanaşı, nümunəvi azarkeşləri ilə də daim özundən söz etdirib. Oynadığı liqadan, maddi vəziyyətindən asılı olmayaraq, daim komandasının yanında olan biz azarkeşlərin  bir şüarı olub: “Biz çempionluq həsrəti ilə yaşamırıq, varlığın bizə yetər”. Komandamız 9 il Premyer Liqadan kənarda qalanda da daim tribunaları dolduran, demək olar hər tur azarkeş rekordu qıran da bizlər olmuşuq. Tovuz futbolunun Azərbaycan futbol elitasına necə yaraşdığını ötən mövsüm Premyer Liqaya vəsiqə qazandığımız gündən bütün futbol ictimaiyyəti şahid olur. Hər ev oyunumuz dolu tribunlarla bayram ab-havasında keçir. Nəticəsindən asılı olmayaraq, həm ev, həm də səfər oyunlarında komandamızı dəstəkləməyi özümüzə borc bilmişik. Yeni sponsorun gəlişindən sonra klubumuzun işıqlı gələcəyi haqda ümidlərimiz daha da artıb. Klubun uzunmüddətli inkişaf strategiyasını dəstəkləyir, Tovuz futbolunun əvvəlki əzəmətini özünə qaytaracağından şübhə etmirik.

Bütün bunlara baxmayaraq, komandamıza qarşı hakimliklə bağlı yaşanan neqativ hallar bizi çox narahat edir. Son oyunlardakı hakim səhvləri həm komandamızın vacib xallar itirməsinə səbəb olur, həm də bizi dərindən üzür. Klubumuz bununla bağlı bir neçə dəfə rəsmi etiraz bildirsə də, nəticəyə təsir edən səhvlərin sayı getdikcə artır.  “Turan Tovuz” azarkeşləri olaraq AFFA-ya və futbol ictimaiyyətinə müraciət edirik. Klubumuz hər zaman olduğu kimi ölkə futbolunun inkişafı yönündə böyük işlər görür. Fəaliyyətin güzgüsü olan əsas komandamıza qarşı haqsızlığı qəbul etmirik. Hər kəsin gözü qarşısında yaşanan səhvlər bizi daha da hiddətləndirir. Odur ki, hakim səhvlərinin minimuma endirilməsi üçün rolu olan hər kəsin öz üzərinə düşəni etməsini xahiş edirik. Ayrıcalıq istəmirik, təmiz futbol, ədalətli qərarlar tələb edirik!"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31