3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Rusiyada oynamaq istəmədim, ona görə də "Neftçi"yə keçdim"

"Neftçi"nin yarımmüdafiəçisi Reziuan Mirzov Azərbaycan klubuna keçidi haqda növbəti açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o, championat.com-a açıqlamasında deyib.

“Ötən mövsümün sonunda Rusiya Premyer Liqasından ayrılmaq qərarına gəldim. 30 yaşım var. İndi bunu etməsəydim, nə vaxt edəcəkdim? Mənə dəyişiklik lazım idi. Mövsüm bitəndən sonra əvvəlcə evdə, sonra üç həftə Məkkədə qaldım, ardınca bir ay klub axtardım.

Kipr, Yunanıstan, Səudiyyə Ərəbistanı klublarında da təkliflər var idi. Həqiqətən də telefon zəng çalırdı. Rusiyada da ölkə çempionatının cədvəlinin aşağı pillələrində yer alan komandalar da məni transfer etmək istəyirdi. Amma son mövsüm çox ağır və mənfi olduğu üçün ayrılmaq istəyirdim. Mən təkrar Rusiyada oynamaq istəmədim. Ona görə də “Neftçi”yə getməyə qərar verdim. Çünki müqavilə artıq əlimdə və yaxşı variant idi”.

Mirzov 2023-cü ilin sentyabrında azad agent kimi “Ximki”dən “Neftçi”yə keçib. 30 yaşlı futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31