3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Azər Bağırov: "Premyer Liqa ilə Birinci Liqa arasında fərq böyükdür"

"Oyun istədiyimiz məcrada başlamadı. Uşaqlar bir qədər  konsentrasiyanı itirmişdilər. Sonra çalışdıq, lazımi zonaları bağladıq. Qələbə münasibəti ilə komandamı təbrik edir, "İrəvan"a isə qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 1/8 finalında "İrəvan"ı 8:2 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

"Premyer Liqa ilə Birinci Liqa arasında fərq böyükdür. Bu, komandaların hazırlıq prosesinə də təsir edir. Bəzən istək, əzmkarlıq ustalıq səviyyəsini üstələyə bilir. Ona görə işimizə ciddi yanaşmalıyıq", - deyə o bildirib.

Mütəxəssis söyləyib ki, istər kubok, istər çempionat oyununa iddialı çıxırlar: "Komandanın oyununu daha da yaxşılaşdırmaq istəyirik. Maksimum nəticə nədirsə, kubokda da, liqada da edəcəyik. Təbii ki, qışda güclənməliyik. Çalışacağıq ki, qış fasiləsində bəzi dəyişiklik edək, əsasən də yerli oyunçular tapaq".

A.Bağırov qış hazırlığının Azərbaycanda keçmələrinin səbəbi ilə bağlı deyib: "Komanda gec yığılacaq, yanvarın 4-də bir araya gələcəyik. Arada da 20 günlük fasilə qalır. Komandanı yığıb Türkiyəyə getmək... Zədələr ola bilər. Düşündük ki, Bakıda yığılaq, bir az hazırlaşaq. Yanvarın 10-dan sonra Qəbələyə də gedə bilərik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31