3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Millimizin kapitanı “Səbail”in U-14 komandasını ziyarət edib

Qadınlardan ibarət Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadə “Səbail” PFK-nın U-14 qızlar komandasının məşqini ziyarət edib.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə,  tədbirdə ilk öncə “Səbail”in baş məşqçisi Ehtibar Həsənov futbolçu heyətinə millimizin UEFA Millətlər Liqasında uğurlu çıxışı haqqında məlumat verib, qələbənin Azərbaycan qadın futbolu üçün mühüm əhəmiyyət daşıdığını vurğulamaqla yanaşı, milli komandamıza AÇ-nin seçmə mərhələsində uğurlar arzulayıb.

Görüş zamanı yığmamızın üzvü Sevinc Cəfərzadə “Səbail”in futbolçularına öz məsləhətlərini verib, onların suallarını cavablandırıb, futbolçular arasında fikir mübadiləsi aparılıb.

Sonda xatirə fotosu çəkdirilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31