3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Qarabağ”ın keçmiş kapitanı: “Braqa”nı az da olsa, keçmək şansımız var”

“Şanslar nisbidir. Əslində Avropa Liqasında ikinci yer tutduğu üçün “Qarabağ”a istənilən halda güclü rəqib düşəcəkdi”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri futbol veteranı Aslan Kərimov “Qarabağ”ın UEFA Avropa Liqasının pley-offunda Portuqaliya “Braqa”sına rəqib olmasına münasibət bildirərkən deyib.

Ağdam klubunun sabiq kapitanı bildirib ki, püşkü “Qarabağ” üçün nisbətən uğurlu sayır: “Feyenoord”, “Milan”, “Benfika” kimi klublar potensial rəqiblərimiz arasında idi. Açıq danışsaq, bu komandaları keçməyimiz çox çətin olardı. Məncə, “Yanq Boyz”la oynamaq ən yaxşısı olardı. "Braqa"nın əvəzində İsveçrə təmsilçisi düşsəydi, bərabər səviyyədə oyun izləyə bilərdik. Hər halda, Portuqaliya komandaları çox istedadlı oyunçulara malik olurlar”.

“Braqa”nın cari mövsüm Çempionlar Liqasında heç də pis təsir bağışlamadığını bildirən A.Kərimov qeyd edib ki, “Qarabağ”ın Portuqaliya təmsilçisini keçmək şansı var: “Çempionlar Liqasında “Braqa" öz qrupunda yalnız "Real" və "Napoli"yə uduzdu, Almaniya təmsilçisi "Yunion Berlin"i isə geridə qoymağı bacardı. Düşünürəm ki, "Qarabağ"ın mərhələ keçmək şansı az da olsa, var. Müdafiənin mərkəzində Medinanı itirməyimiz ciddi itkidir. İnanmıram ki, o vaxta qədər sağalsın. Amma ola bilər ki, fevrala qədər “Braqa” da itki ilə üzləşsin. Çünki bu klubun fəlsəfəsi istedadlı, gənc oyunçuları satıb pul qazanmaqdır. Ona görə də qış fasiləsində "Braqa"nın hansısa aparıcı üzvünü itirməsi mümkündür”.

Azad NURİYEV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31