3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Milli dava gələrsə, axan sular durar” - Ehtiram Quliyev

“Azarkeş olaraq deyə bilərəm ki, gözəl oyun oldu. Hər iki tərəf qələbəyə layiq idi. Qismət bizdən yana oldu və qalib gəldik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev Azərbaycan Premyer Liqasının XVII turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra brifinqdə deyib.

Jurnalistlərin suallarını cavablandıran klub rəhbəri hər zaman futbolçuların yanında olduğunu bildirib: “Oyundan sonra birbaşa paltardəyişmə otağına getdik, komandanı təbrik etdik. Yaxşı oyun göstərirdik, sadəcə nəticə gəlmirdi. Hər zaman futbolçuların yanında olurduq. Bildirirdik ki, səbirli olun, əvvəl-axır nəticə gələcək. Göstərdikləri əzmə görə oyunçulara təşəkkür etdim”.

Komandaya mükafat vəd etdiyini deyən E.Quliyev məbləği açıqlamaq istəməyib: “Bu, bizim daxili məsələmiz olaraq qalsın. Amma yaxşı bir mükafat vəd etdik”.

O, azarkeşlərin etirazını anlayışla qarşıladığını bildirib: “Bizim azarkeşlərimiz hər zaman haqlıdır. Bu kluba gəlməyimizin başlıca səbəbi onlardır. Azarkeşlər bizim Müşahidə Şuramızdır. Daim onların nəfəsini hiss edirik. Azarkeşlərimizə demək istəyirəm ki, bir az da səbirli olsunlar. Böyük bir planın başlanğıcındayıq. Yeriməyi yeni-yeni öyrənirik. Bir neçə il səbir etmək lazımdır”.

Azərbaycan milli komandasında yerli baş məşqçinin olmağının tərəfdarı olduğunu bildirən Ehtiram Quliyev Ayxan Abbasovun adının bəzən milli ilə hallanmasına belə münasibət bildirib: “Ayxan müəllimdən biz çox razıyıq. Onunla davam etməyi düşünürük. Amma bizim belə yanaşmamız var, milli dava gələrsə, axan sular durar. Ayxan Abbasovun namizədliyi olarsa, biz onu buraxmağa hazırıq. Onunla 3 illik müqaviləmiz var. Hansısa klubdan təklif gəlsə, buraxmarıq. Amma milli olunca heç bir əlavə şərt irəli sürmədən gedişinə razı olarıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31