9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Patrik Andrade: “Azərbaycan bu qələbəyə layiqdir”

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin Futbolxeber.az saytına müsahibəsi

 

- “Hekken” üzərindəki 2:1 hesablı qələbəni necə şərh edərdiz?

- Çox çalışdıq, bu qələbəyə layiq idik. Hər dəfə yaxşı nəticə qazanmaq üçün meydana çıxırıq. Bizim buna ehtiyacımız var. “Hekken”lə qarşı da yaxşı oynadıq. Həm qalib gəldiyimiz, həm də pley-offa adladığımız üçün xoşbəxtik.

- Bu qələbə həm Azərbaycan futbolu, həm də “Qarabağ” üçün ilkdir...

- Hazırda komandamız əla formadadır. Həm komanda, həm də deyərdim ki, ailə olaraq formalaşırıq. Bu, bizim üçün hər şeydən üstündür. Bizim dəyərlərimiz var. "Qarabağ"da ailə şəklində hamı hər oyunda bir şeyə - qələbə qazanmağa köklənir. Addım-addım buna nail oluruq. Məhz bütün bunlar tarixi nəticəyə gətirib çıxardı. Qazandığımız uğura görə çox şadıq. İnanıram ki, bu, son olmayacaq.

- Pley-offa görmək istədiyini xüsusi rəqib var?

- Bu barədə dərindən düşünmək lazımdır. Bizim üçün hansı rəqibin uyğun olub-olmadığını indidən demək çətindir. Amma fərq etmir. Hansı kollektiv rəqib olsa, uğurlu çıxışımızı davam etdirmək üçün əlimizdən gələni edəcəyik.

- Qarşıda “   Qarabağ”ı “Neftçi” ilə derbi matçı gözləyir. Uğurlu çıxışı həmin matçda da davam etdirmək mümkün olacaq?

- Sabahdan hazırlığa başlayacağıq. 3 gün vaxtımız var. Addım-addım "Neftçi" ilə matçda da ən yaxşı tərəf olmağa çalışacağıq.

- "Qarabağ" azarkeşlərinə nə demək istərdiniz?

- Onlara yalnız belə möhtəşəm dəstək olduqları üçün təşəkkürümü bildirirəm. Hazırda hər kəs xoşbəxtdir. Bu qələbəyə azarkeşlər, "Qarabağ" komandası və bütün Azərbaycan layiqdir. Bu zəfərdən zövq alırıq. Növbəti mərhələyə vəsiqə bizim üçün ən gözəl hədiyyədir.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31