9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Azər Bağırov: “Cığallıq etməməklə qələbə qazandıq”

"Maraqlı oyun alındı. Uşaqları təbrik edirəm. Üç zonada da yaxşı mübarizə apardıq. Haqq etdiyimiz qələbəni qazandıq. Vaxtı gecikdirməməyə çalışdıq, rəqib tərəfdə oynadıq. Futbolda olan bəzi cığallıqları etməməklə qələbə qazandıq".

Futbolxeber.az saytının məılumatına görə, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 17-ci turunda "Sabah"ı 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, futbolçularına "biclik"ləri yoxdur" - deyə irad bildirməsinə toxunub: "Rəqib səni vurur, sarı vərəqə aldırır. Meydanda bəzi gedişlər var. Həkimin gəlməsi, filan. Futbolçular qələbəyə ac idilər. Uşaqlar tempi qaldırırdılar. Bu, yaxşıdır. Amma hiylə də lazımdır. Oyun strategiyanın üzərində qurulur. Hardasa "biclik" olmalıdır".

Azər Bağırov "Rəqibi çox yaxşı analiz etmişdiniz. "Sabah"ı iflic etmək üçün nə tapşırığı vermişdiniz" sualına bu cür cavab verib: "Motivasiya çox önəmlidir. Rəqibin keçən oyununu meydanda izləyirdim. Əsasən hücum xəttinə topun çatmaması, müdafiədən topun çıxmaması - bunlar əsas tapşırıq idi. İsak Belfodilin sığortası var idi".

Mütəxəssis hücumda bu dəfə Nuno Rodriqesə şans verməsi haqda da danışıb: "Üç hücumçu ilə oynadıq. Çox qol epizodlarını boşa verdik. Düşünürdük ki, birinci hissədə hər şeyi bitirək. Bəzən elə alınır ki, ikinci-üçüncü varianta keçməlisən. İkinci yarıda tam başqa varianta keçdik".

Sonda baş məşqçi "Sabah" "Səbail"ə qalib gəldi, sizi uda bilmədi. Bunu necə bacardınız" sualını cavablandırıb: "Səbail" tam başqa motivasiya ilə çıxmışdı. Biz isə sonuncu ev oyunumuz idi deyə, daha istəkli idik. Ola bilər ki, "Səbail" başqa cür yanaşdı. Fərqlidir. Biz müdafiədə risk edə bilirik. Müdafiəçilərimizin həmişə birəbir oynamalarını istəyirəm. Bu tərəfdən üstünlüyümüz olur".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31