9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Toral Bayramov: “Komandamla qürur duyuram”

“Sevincimi ifadə etmək üçün söz tapa bilmirəm. Qələbədən də, nəticədən də çox məmnunuq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın üzvü Toral Bayramov UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlmələri barədə danışarkən deyib.

O qeyd edib ki, “Hekken”lə görüşə çox ciddi hazırlaşıblar: “Bu oyunun əhəmiyyəti çox böyük idi. Ona görə də qarşılaşamaya çox ciddi hazırlaşmışdıq. Meydanda baş məşqçimizi tapşırıqlarını yerinə yetirdik. Şükürlər olsun ki, yekunda istəyimizə çatdıq. Azarkeşlərimizi, Azərbaycan xalqını sevindirə bildik. Komandamla qürur duyuram”.

Bayramov bildirib ki, pley-offdakı rəqibin adı komandası üçün ciddi əhəmiyyət kəsb etmir: “Hansı komanda olursa-olsun, öz oyunumuzdan əl çəkən deyilik. Rəqibin kimliyindən asılı olmayaraq məqsədimiz mərhələ adlamaq olacaq. Daha da irəli getmək istəyirik. Qismət... Hansı komanda rəqib olacaqsa, tam gücümüzlə oynamağa hazırıq”.

23 yaşlı futbolçu matçdan sonra paltardəyişmə otağında yaşananlardan da söz açıb: “Qurban müəllim bizi təbrik etdi. Tarixi uğura görə sevincini bizimlə bölüşdü. Hamımızı bağrına basdı. Bildirdi ki, komandamızla qürur duyur”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31