9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində irəliləyib.

Futbolxeber.az saytının məlumatına görə, bu, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin son turunda “Hekken” (İsveç) üzərindəki qələbəsi (2:1) sayəsində mümkün olub. Ölkəmiz Rusiyanı geridə qoyaraq 29-cu pillədən 28-ci pilləyə qalxıb. Bu qələbə Azərbaycana 0,500 bal qazandırıb. Daha 0,500 bal isə bonus olaraq 1/16 finala çıxmağa görə verilib.

Beləliklə, Azərbaycan xal ehtiyatını 19,125-ə qaldırıb. 2022-ci ilin fevralından avrokuboklardan uzaqlaşdırılan Rusiya isə 29-cu pilləyə düşüb (18,632 xal).

Bundan başqa, “Qarabağ”ın bu qələbəsi sayəsində Azərbaycanın Avropa yarışlarında yeni rekordu müəyyən edilib. Ölkəmiz bu mövsüm ilk dəfə 4,875 xal toplayıb. Bundan əvvəl maksimum nəticə 4,375 bal idi. Azərbaycan daha əvvəl 3 dəfə - 2015/16, 2017/18 və 2021/22 mövsümlərində bu göstəricidə dayanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31