9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Adil Şükürov: “Düşünürəm ki, doğru yoldayıq”

“Azarkeşlərin gözləntilərini doğrultmağa çalışırıq. Ağır rəqibə qarşı oynadıq. "Sumqayıt" sürətli əks-hücumlara çıxan komandadır. Düzgün müdafiə olunub, sürətli hücumlarda imkanlar yaxaladıq. "Kəpəz" daha yaxşı yerlərdə olmağa hazırlaşır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının XVII turunda “Sumqayıt”la bərabərə qaldıqları (1:1) oyun barədə danışarkən deyib.

O, gəlişindən sonra “Kəpəz”də müsbət dəyişiklik olması barədə bildirib: “Uğur bir dənədir, ona gedən yollar müxtəlifdir. Bu komandanı Azər Məmmədov yığıb, əziyyəti böyükdür. Ona təşəkkür edirəm. Çalışıırıq ki, kollektivi yaxşı motivasiya edək. Bu, bir az vaxt aparır. Mümkün qədər qısa vaxtda hansısa nailiyyətlər əldə etmək istəyirik”.

O, öz oyun fəlsəfəsini hələ komandasına tam aşılaya bilmədiyini söyləyib: “Hələ yolun  başlanğıcındayıq. Cüzi şeyləri aşılaya bilmişik. İstəklərimizi daha da təkmilləşdirməyə çalışırıq. Düşünürəm ki, doğru yoldayıq”.

A.Şükürov hücumda Cavad Kərimova şans verməsinin səbəbini belə izah edib: “Nianeni əsas heyətdə meydana buramaq istəyirdik. Son məşqdə ayağında ağrı hiss etdi. Düşündük ki, Cavada şans verib gələcəkdən onun potensialından yararlanaq”.

O, son 2 turda 3 qol vuran Giorgi Papunaşvilinin çıxışına da toxunub: “Bundan daha yaxşı ola bilər. Bu, bütün futbolçulara aiddir. Tez uyğunlaşan futbolçular daha tez inkişaf edəcək”.

“Yerli qapıçı transfer etmək niyyətiniz var?” sualını “Kəpəz”in çalışdırıcısı belə cavablandırıb: “Komadanın gündən-günə inkişaf etməsini istəyirik. Hansısa mövqedə yerli və ya legioner futbolçunun oynaması fərq etmir. Bu gün Cavada şans verdik. Çalışırıq ki, Gəncə futboluna yeni adlar qazandıraq”.

Şükürov 6 yerli futbolçuya şans verməsinə belə aydınlıq gətirib: “Əsas məsələ süni meydança amilidir. Hər futbolçuya güvənirik. İstəyirik ki, onların hər biri oyun dinamikasında qalsın. "Kəpəz-2"də istedadlı uşaqlar var. Hər məşqimizə əvəzedici komandadan futbolçular dəvət edirik”.

Fərəc ASLANOV, Tovuz




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31