9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Araz-Naxçıvan”ın üzvü: “Zirə” bəs yerə liderlər qrupunda məskunlaşmayıb”

Azərbaycan Premyer Liqasının növbəti turunda “Sabah”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, qeyri-sabit hava şəraitinə rəğmən, futbolçular məşqdə özlərini yaxşı tərəfdən göstərməyə çalışır ki, “ilk 11-lik”də yer qazansın.

Ötən tur Vadim Abdullayevin cəza üzündən matçı buraxması Tural Bayramlıya ilk dəqiqələrdən meydana çıxmaq imkanı yaratmışdı. Oyunu ilə ümidləri doğruldan yarımmüdafiəçi arazpfk.com-a açıqlamasında əvvəlcə “Zirə” ilə görüşə toxunub: “Son turlarda ağır oyunlar keçiririk. “Zirə”yə qarşı oyunumuz da çətin oldu. Bu komanda əbəs yerə liderlər qrupunda məskunlaşmayıb. Düzdü, onların üst pillədə yer alması oyundan öncə bizdə hansısa narahatlıq yaratmamışdı. Çünki rəqibin kimliyindən asılı olmayaraq, meydana verilən tapşırıqları yerinə yetirmək üçün çıxırıq. Bizim tapşırığımız da, rəqibin kimliyindən asılı olmayaraq 3 xal qazanmaqdır. Komandamız liqanın yeni üzvü olsa da, çıxışımızı bu şəkildə davam etdirsək, həm rəqiblərimizə hər zaman başağrısı olacağıq, həm də xal ehtiyatımızı artıracağıq”.  

O, “Sabah”la keçiriləcək oyun haqda isə bunları deyib: “Rəqibimiz son turlarda uğurlu nəticələr qazanır. Ümumiyyətlə, mövsümün əvvəlindən bu komanda medallara iddialı hesab olunur. Premyer Liqanın güclü klublarından biridir. Biz də bu görüşə yaxşı hazırlaşırıq. Hava yağışlı keçsə də, çalışırıq ki, məşqlərimizi axsatmayaq. Gərgin və maraqlı oyun olacaq. Yaxşı nəticə qazanmaq üçün mübarizəmizi davam etdirəcəyik. Həm də qış fasiləsi ərəfəsindəyik. İstəyirik ki, mövsümün “ekvator xətti”nə üst pillələrdən birində yollanaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31