9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Avroliqa: “Qarabağ”ın bütün potensial rəqibləri müəyyənləşdi

Çempionlar Liqasından Avropa Liqasına düşən bütün 8 komanda bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, dünən gecə keçirilən son turun oyunlardan sonra 3-cü yeri tutan sonuncu 2 komandanın da adına aydınlıq gəlib. Bunlar “Milan” (İtaliya) və “Şaxtyor” (Ukrayna) olublar.

Beləliklə, Avropa Liqasının 1/16 finalında ÇL-in qrup üçüncüsü kimi aşağıda adları qeyd olunan komandalar iştirak edəcəklər:

“Qalatasaray” (Türkiyə)

“Lans” (Fransa)

“Braqa” (Portuqaliya)

“Benfika” (Portuqaliya)

“Feyenoord" (Niderland)

“Yanq Boyz" (İsveçrə)

"Milan" (İtaliya)

"Şaxtyor" (Ukrayna)

Qeyd edək ki, onların “pley-off”da rəqibləri AL-də öz qruplarında 2-ci yeri tutan komandalar olacaq. Pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq. Potensial rəqiblər sırasında Azərbaycan təmsilçisi “Qarabağ” da var. Ağdam təmsilçisi bu gün “Hekken”ə (İsveç) qarşı AL-də qrupun son oyununa çıxacaq.

Bakıda keçiriləcək bu görüş yerli vaxtla saat 21:45-də başlanacaq. Ağdam təmsilçisi qalib gələcəyi halda 1/16 finala vəsiqə qazanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31