2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Ayxan Abbasov: "Birlikdə bu durumdan çıxacağıq"

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 16-cı turunda "Neftçi"yə 2:3 hesabı ilə uduzduqları oyun haqqında danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, görüşdən sonra keçirilən mətbuat konfransında əvvəlcə bunları deyib: “Çətin və maraqlı oyun oldu. Hesabda geri düşsək də, qollar vurduq. Hər qoldan sonra hesabda önə çıxa bilərdik. Amma imkanlardan yaxşı istifadə edə bilmədik. İkinci hissədə 11-ci dəqiqədə rəqib ilk dəfə cərimə meydanımıza daxil oldu. Təəssüf ki, qol buraxdıq. Bu gün ustalıq qalib gəldi. "Qəbələ" ilə matçı çıxsaq, rəqiblərlə başabaş oynamışıq. Davam etmək lazımdır. Bilirdik ki, çətin olacaq. Yeni gələnlər var. Amma oyundan-oyuna yaxşılığa doğru gedirik. Təslim olmaq olmaz. Ruhdan düşsək, çətin olacaq. Futbolçuların arxasındayıq, birlikdə bu durumdan çıxacağıq”.

- Komanda əks-hücumlardan oynasaydı, hesab başqa cür alınardı?

- Mən futbola hücum, əks-hücum kimi yanaşmıram. Mövsümün əvvəlində demişdim ki, bu il oyunu otuzdurmaq lazımdır. Amma çətin olacaq. Oyunu otuzdurmaq istəyiriksə, boşluqlar olacaq. Qol epizodlarına giririk, istifadə edə bilmirik. Qollar buraxırıq. Əks-hücum, müdafiə oynasaydıq...Bunu özümüzə yaxın buraxmıram. Bəzi mövqelər var, orada ya futbolçular artırmalıdır, ya da gələcəkdə ora uyğun oyunçular tapmalıyıq.

- Üçüncü qol sanki ofsayddan vuruldu. Siz necə düşünürsüz?

- Hakimlik haqda danışmaq istəmirəm. Bu gün eşidirəm, hakim deyir VAR-dakı bildirdi ki, top başqasından çıxıb. Niyə VAR-dakı deyir bunu? Autu da səhv verirlər. Başa toxunuş varsa, dərhal matç dayanmalıdır. Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi. VAR-da olan hakim yəqin xətti çəkib.

- Komandadan göndəriləcək futbolçuların siyahısını hazırlamısız?

- Bu dəqiqə hər kəsin müqaviləsi var. Kiməsə rahat demək olmur ki, getmək lazımdır. Son oyunlardan sonra fikirləşəcəyik. Güclənmək lazımdır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31