2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

“Bu, əsl Papunaşvili deyil. Mən daha yaxşısına qadirəm”

“Kəpəz”in yarımmüdafiəçisi Georgi Papunaşvilinin Futbolxeber.az saytına müsahibəsi

 

- “Qəbələ” səfərində 3:0 hesablı qələbə qazandız. Qazanılan 3 xalı necə şərh edərdiz?

- Biz bilirdik ki, bu, bizim üçün çox vacib oyundur. Çünki turnir cədvəlində “Qəbələ” ilə qonşuyduq. Hardasa 6 xallıq oyun demək olardı. Odur ki, matça çox ciddi hazırlaşmışdıq. Çox şadam ki, qalib gəldik. Eləcə də vurduğum qollarla komandamın qələbəsində pay sahibi olduğum üçün xoşbəxtəm. Artıq önümüzə baxmalı, növbəti matçları düşünməliyik.

- Rəqib ikinci hissənin əvvəlində azlıqda qaldı. Bu məqam “Kəpəz”in işini nə dərəcə asanlaşdırdı?

- Təbii ki, rəqibin azlıqda qalması işimizi asanlaşdırdı. Düzdür, qırmızı vərəqəyə qədər də hesabda öndə idik. Lakin azlıqda qaldıqdan sonra rəqib daha çox boşluqlar verməyə başladı ki, bu da işimizə yaradı. Daha rahat oynadıq və 3:0 hesablı qələbə qazandıq. Onu da deyim ki, dördüncü, beşinci qolları da vura bilərdik. Bir qədər dəqiqlik çatmadı.

- Baş məşqçi postundakı dəyişiklik komandaya nə dərəcə təsir edib?

- Yeni məşqçinin gəlişi yeni oyun fəlsəfəsi deməkdir. Biz birlikdə irəliləməyə çalışırıq. Məşqlərdə səylə çalışırıq. Hələ çox şey üzərində işləməliyik. Lakin “Qəbələ” üzərində qələbə göstərdi ki, düzgün yoldayıq. Çünki biz çətin səfər matçında çox gözəl oyun sərgilədik. Hər kəs meydanda vuruşurdu. İnanıram ki, əziyyətimizin bəhrəsini gələcək oyunlarla da görəcəyik.

- “Qəbələ” ilə matçda 2 qol vurduz. Bu əsl Georgi Papunaşvilidir, yoxsa gələcəkdə sizdən daha yaxşı performans görə bilərik?

- Hər zaman demişəm ki, uğur qazanmaq üçün komanda oyunu lazımdır. Çünki dəstək olmasa, qol vurmaq, yaxud məhsuldar ötürmə vermək qeyri-mümkündür. Biz birlikdə irəliləməliyik. O ki qaldı performansıma, bu, əsl Papunaşvili deyil. Mən daha yaxşısına qadirəm.

- Növbəti turda “Sumqayıt” səfərinə yollanacaqsız. Həmin matçda “Kəpəz”in uğurlu çıxışı davam etdirməsi nə dərəcədə realdır?

- Bizim üçün hər oyun vacibdir. Hazırkı tempi qoruyub saxlamalıyıq. Düşünürəm ki, Sumqayıt səfərində də “Qəbələ”yə qarşı oynadığımız kimi oynasaq, bu cür döyüşsək, həmin səfərdən də 3 xalla qayıda bilərik. Bütün komanda olaraq mübarizə aparmalıyıq. Bunu bacarsaq, qələbənin ardı gələcək.

- “Qəbələ” ilə görüşün qəhrəmanı olduz, 2 qolla “Kəpəz”in qələbəsində böyük rol oynadız. Lakin sanki matçdan sonra danışmaq, jurnalistlərin suallarını cavablandırmaq istəmirdiz...

- Mən utancaq deyiləm. Bunun xüsusi bir səbəbi yoxdur. Mətbuatla da hər şey qaydasındadır.

Fərəc ASLANOV, Qəbələ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31