3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Rəşad Sadıqov: “16 oyundan heç biri bizim üçün rahat keçməyib”

"Gərgin oyun keçdi. İlk 10-15 dəqiqə "Araz-Naxçıvan" meydanda aktiv idi. Bu da rəqibin pressinqindən irəli gəlirdi. Ondan çıxmağa çalışırdıq. Dəqiqələr getdikcə oyunu xeyrimizə dəyişdik, qol epizodları yaratdıq. İkinci hissənin ilk dəqiqələri üstünlüyümüzlə keçdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 16-cı turunda "Araz-Naxçıvan"la qolsuz bərabərə qaldıqları oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

"Stefan Akkanın zədəsi oldu, pauza yarandı. Sonra oyunumuz sındı. Dəyişikliklərdən sonra üstünlük bizdə idi. Qol da vurduq. VAR-da baxılana qədər 4-5 pauza oldu. Oyun sındı və meydanda mübarizə, baxımlı futbol görə bilmədik. Hər iki komanda böyük əzmkarlıq göstərdi. Növbəti xalımızı qazandıq", - deyə o bildirib.

Mütəxəssis son turlarda qələbə qazana bilməməkləri ilə bağlı söyləyib: "Gərginlik onsuz da var idi. Bu da ilk sıralarda getməyimizlə bağlı idi. 16 tur oynamışıq, heç bir oyun bizim üçün rahat keçməyib. Qələbə qazananda da böyük çətinliklər yaşamışıq. Bu da normaldır. Yuxarı pillələrdəsənsə, normaldır. Rəqib motivasiya ilə oynayır. 16 oyuna 28-ci xalımızı qazandıq, ikinci yerdəyik, hər şey qaydasındadır. Qol epizodlarımızdan istifadə edə bilmirik. Bu da gərginlikdəndir".

R.Sadıqov "Ruan Renatonun yoxluğunu hiss etdizmi?" sualını belə cavablandırıb: "Ruanın olmaması toplu oyunumuzda hiss edilirdi. Bu gün meydanda olan hər iki stoperimiz sağ ayaqlı idi. Oyun quruculuğunda təsiri oldu. Ruan önəmli oyunçumuzdur. Bu gün oynayan hər iki mərkəz müdafiəçisindən də razı qaldıq”.

O, yeni transferlər etmək istədiklərini vurğulayıb: "Rəhbərliklə müzakirə aparırıq. Bir neçə mövqe var ki, heyəti genişləndirmək istəyirik. Alınmasa da, yetərincə yaxşı heyətimiz var, belə davam edəcəyik. Futbolçuların hər birindən razıyam".

Baş məşqçi Felipe Paxtman üçün mövsümün bitib-bitmədiyi ilə bağlı suala cavab olaraq deyib: "Bəlkə bu ilin sonuncu turuna hazır oldu. Bəlkə də kubok matçında oynayar. Hələ konkret bir şey yoxdur. Onun yoxluğu da hiss edilir. Futbolçu kimi çox istedadlıdır, onu bəyənirəm. Amma artıq özü ilə söhbətimiz olacaq. Çünki onu komandada saxlayanda, başqa birini götürmək olmur. Hücumda rotasiyalar etmək imkanı azdır. Üç vacib oyun oynayacağıq. Çox istəyərdik ki, əlimizdə iki keyfiyyətli hücumçu olsun. Problemi həll etməliyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31