2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Azər Bağırov: “İlin əvvəlində istədiyimiz 20 futbolçudan ikisi gəldi”

"Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 16-cı turunda "Zirə"yə qarşı matçdan (0:0) sonra keçirilən mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə oyun barədə fikirlərini bildirib: “Maraqlı görüş alındı. Qol olmasa da, mübarizəli oyun keçdi. İlk yarıda qol epizodlarımız var idi. Amma yararlana bilmədik. Yolumuza davam edəcəyik. Bilirik ki, nələrin üzərində daha çox işləməliyik”.

- Sizcə, komandada daha səviyyəli hücumçu olsaydı, indi daha yaxşı yerlərdə olardız?

- “Araz-Naxçıvan” neçə illərdir Premyer Liqada deyil. Bu, böyük maneələr yaratdı. Klub "transfermarkt"də belə yox idi. Kimlərinsə buna girib baxması işimizə çətinlik yaratdı. İlkin razılıq verən futbolçuların demək olar ki, ikisini gətirmişik. Amma yenə də həmin futbolçulardan maksimum istifadə edib, bu səviyəyyə gəlib çıxmışıq. Mənim üçün yerli futbolçu çatışmazlığı var. Bu barədə qışda düşünəcəyik. Yaxşı qolçu futbolçu da tapa bilərik. Amma komandamıza ilin əvvəlində istədiyimiz 20 futbolçudan ikisi gəldi.

- “Araz-Naxçıvan” debütant olsa da, effektli oynayır. Bu, iştahı artırır?

- Çempionatın liderləri ilə yaxşı mübarizə aparırıq. Uduzmaq lazım olmayanda uduzduq. Amma yenə də rəhbərlik tərəfdən, özümüzün düşüncələri, “niyə də yox?”dur. Yaxşı yerlərdə olmalıyıq. Futbolçulara deyirəm ki, siz daha yaxşılarına layiqsiz.

- Ötən turda avtoqol edən Kurdiçlə danışdız?

- Kurdiçlə qolun analizi barədə heç söhbət etməmişik. Böyük qardaş kimi dedim ki, hər şey qaydasındadır. Kim istəyər ki, o səhvi etsin? Dedim ki, komandaya lazımsan. Hansısa səhvinə görə futbolçunun üstünə getmək doğru deyil. Onsuzda oyunçu kasadlığı var. Kimisə qırmaq bizim fəlsəfəmizə uyğun deyil. Nöqtəni qoya biləcək futbolçularımız var. Orxan Əliyev də işləyir. Alınmır. Allah qoysa, alınar. Hücum xəttinə legioner gətirə bilərik. Heç kim öz yaxşı futbolçusunu bizə verməyəcək.

- İqor və Kurdiç sizi razı salır?

- İqorla Zamiqi müqayisə edəndə İqor ondan bir balaca yaxşıdır deyə, oynayır. Amma Zamiq də oynayacaq.

- Hakimlikdən narazılığınız var idi?

- Emosiyalara qapılırıq. Onlar da maksimumu edirlər. Heç vaxt hakimlikdən şikayət etməmişəm. Hamımız səhv edə bilərik. Hakimlərə də meydanda, meydandan kənarda dəstəyimiz lazımdır.

- Üçüncü yer uğrunda mübarizə gedir. Qış fasiləsinə üçüncü yerdə getmək komandanı nə dərəcədə motivasiya edəcək?

-Yuxarıda olmaq istəyirik. Hər xal da bizim üçün qənimətdir. Şansımız güdürük ki, yuxarı çıxaq. “Sabah”la oynayacağıq. Mənim üçün Azərbaycanda üç klubdan biridir. Çalışacağıq ki, yuxarılarda olaq. Allah qoysa, orada olarıq.

- Adınız millinin baş məşqçi vəzifəsi üçün hallanır. Təklif gəlsə, necə olar?

- Bilmirəm, təklif gələr, yoxsa gəlməz. Bu, müzakirə mövzusu deyil. Məncə, bir məşqçi bir yerdə çalışmalıdır. Beyin bir yer üçün çatır. Millidə işləyən hər bir şəxs bacardığını maksimum ora qoymalıdır. Təklif yoxdur, danışmağa dəyməz.

- Bəzən mətbuatda yazılır ki, uğursuz nəticələrdən sonra postunuzdan gedə bilərsiz. Özünüzü psixoloji olaraq necə hazırlayırsız?

- Fikir vermirəm. Getməkdən heç vaxt qorxmamışam. Buna rəhbərlik qərar verir. İş barəsində sıxıntım yoxdur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31