3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Elmar Baxşıyev: “Dayandığımız yerdə səhvlər baş verirdi”

“Oyundan öncə planımız o idi ki, qələbə qazanaq. Biz də başa düşürdük ki, sonuncu pillədən qurtulmaq üçün qələbə önəmlidir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XVI turunda “Kəpəz”ə 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.  

O, problemin komandasında olduğunu bildirib: “Həftəlik tsikldə də futbolçuların istəkli olduğunu görürdük. Sadəcə, oyun istədiyimiz kimi alınmadı. İlk dəqiqələrdən düşündüyümüz tempi də görmədik. Problem özümüzdədir. Rəqibə qələbə qazanmaq üçün hər şansı verdik. Onlar da bundan istifadə etdi”.

O bildirib ki, rəqib “Qəbələ”nin səhvlərindən sonra aktiv olurdu: “Çempionat ortasıdır. İstək daha da yüksəlməlidir. Rəqibin də qələbəsinə kölgə salmaq istəmirəm. Bizim səhvlərdən sonra “Kəpəz” aktiv olurdu. Dayandığımız yerdə səhvlər baş verirdi. Ona görə də, deyirəm ki, səhv özümüzdədir. Özümüz bəzi şeyləri düzəltməliyik ki, daha yaxşı olaq”.

Baxşıyev yenilgiyə görə məsuliyyəti üzərinə götürüb: “Problem məndədir ki, komanda uduzur. Bu komandaya cavabdeh şəxs mənəm. Hər məsələyə açığam. Rəhbərlik də komandanı gücsüz görürsə, “Qəbələ” üçün ən yaxşısını etməyə hazıram”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31