2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Adil Şükürov: “Bu gün etdiklərimiz hələ tam olaraq istədiklərimiz deyil”

“Həmişə deyirəm ki, bizi sevən insanları sevindirdiyimiz üçün Allaha şükür edirik. Azarkeşlərimizə təşəkkür edirəm ki, hər zaman bizə dəstək olurlar. Yaxşı təşkilatlanmış komandaya qarşı oynayırdıq. Elmar Baxşıyevin çox yaxşı komandası var. Bu komandaya qalib gəldiyimiz üçün çox sevinirik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının XVI turunda “Qəbələ”ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Mütəxəssis gəlişindən sonra “Kəpəz”dəki dəyişikliyin səbəbini belə izah edib: “Sehrli çubuq deməzdim. Sadəcə, rəhbərlik uşaqların, komandanın yanındadır. Onlara öz dəstəyini göstərir. Bu da çox vacib amildir. Biz də çalışırıq ki, gücümüz nəyə çatırsa, futbolçuları oyunlara motivasiya edək, hazırlayaq. Bizim bu gün etdiklərimiz hələ tam olaraq istədiklərimiz deyil. Qarşıda çox oyunlar var. Marafonun yarısına çatırıq. Daha yaxşı oynamağa, daha yaxşı formaya düşməyə çalışacağıq ki, komanda daha yaxşı nəticələr qazansın”.

O, “Qəbələ”nin oyunun təhlil etdiklərini vurğulayıb: “Bilirdik ki, ilk dəqiqələrdən ön xətdə çox aqressiv olurlar. Rəqibi öz qapısına sıxaraq qol vurmağa çalışırlar. Bizim gördüyümüz odur ki, hücumla müdafiə arasında geniş məsafə var idi. Oyunumuzu da onun üzərində daha çox qurmuşduq ki, həmin məsafədən istifadə edərək, sürətli hücumlar quraq. Bu gün də onları qura bildik, bir çox epizodlarımız oldu. İmkan düşdükcə də, istifadə etməyə çalışdıq”.

Adil Şükürov komandasının üzvü Şakir Seyidovun mövqeyini dəyişməsinə də toxunub: “Şakir “Bakı” futbol akademiyasının yetirməsidir, onu çoxdan tanıyırıq, potensialına bələdik. Bilirdik ki, onun həmin mövqedə faydalı iş əmsalı daha yüksək olar. Gördüyümüz də odur. Ona görə də, onu həmin mövqeyə çəkdik. İstədiyimiz də alındı. Təbii ki, bir epizodu çıxmaq şərtilə. Çünki qapımıza zərbə gəlmişdi”.

“Hər zaman gənc futbolçulara güvənmisiz. “Kəpəz”də qışdan sonra gənc futbolçular heyətdə görə bilərik?” sualını Şükürov belə cavablandırıb: “Hər zaman deyirəm ki, gənc futbolçulara şans verməliyik. Elə şans olmalıdır ki, uşaqlar həmin oyunlarda potensiallarını göstərə bilsinlər. Bu da həmin oyunlardan biri kimi dəyərləndirdik və Əli Səmədovla, Cavad Kərimovu oyuna buraxdıq ki, onları da Gəncə futbolunun gələcəyi adına qazanaq. Bu, təməldir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31